O, öz skripkasını onun qanı ilə rəngləyir
Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox
sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz yazıçı, tərcüməçi, filologiya üzrə fəlsəfə
doktoru Kamran Nəzirlidir. Onun sevdiyi
əsər Anton Çexovun "Rotşildin skripkası” hekayəsidir.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Anton Çexovun "Rotşildin skripkası” hekayəsi sizin sevdiyiniz əsərdir?
– Onun məzmun və formasının emosiyalara, psixoloji duruma, mənəvi-əxlaqi dəyərlərə təsir etməsinə görə... Əsərdəki obrazlar sisteminin (Yakov-Marfa-Rotşild-Skripka-Tabut-Uşaq və s.) onun ideya və süjetinə uyğunlaşdırılması, onların mənalandırılması, bütünlükdə mətnin istedad, idrak və hissin köməyi ilə ustalıqla "emal edilməsi”nə görə. Bura həm də kompozisiyanın düzgün qurulması və harmoniyası, ifadəlilik, dildən dürüst istifadə etmək, bədii həqiqət deyilən anlayışın ustalıqla çatdırılmasını da aid etmək olar. Ümumiyyətlə, Çexov təkcə bu hekayəni yazsaydı belə, onun yazıçı kimi bədii zövqünün heyranedici olduğunu da deyərdim.
Sualın ikinci hissəsi ilə bağlı bunları əlavə edə bilərəm: insan əzəldən maddiyyatla mənəviyyat arasında çarpışır, həyatını gah bu, gah da o biri üstələyir. Hekayədə Yakov bütün həyatının mənasız ötdüyünü axır ki, anlayır, artıq gecdir...Onun faciəsi də məhz bundadır. Yakovun xarakterindəki meyllərin tədricən dəyişməsi də, məncə, Çexovun qabartmaq istədiyi əsas məqsədlərdən biridir. Mətndə "uşaq” obrazından savayı çox müdrikanə və məntiqli rəmzi personajlar var – Söyüd ağacı, Qarğa yuvası, çay və s... Bunların sistemli qurulmasında, zənnimcə, təkcə yazıçının fəhmi, hissi, istedadı yox, həm də geniş dünyagörüşü, idrakı və fəlsəfi baxışları iştirak edir. İlk öncə, söyüd ağacından başlayaq; Yakov çay kənarında iri gövdəli, köhnə söyüd ağacını görür, başında qarğa yuva salıb. Ağac Yakovun gəncliyinin dostu kimi təqdim edilib –"o, necə də qocalıb!” Görünür, ağac dünyanın, yerin oxu kimi rəmzi məna daşıyır, Göylə Yeri birləşdirən kökdür, insanla onun mənəvi dünyasını birləşdirən kökdür, bu, həyatın dövr edən çarxıdır, ölüm və həyatdır. Slavyanlar ta qədimdən bu ağaca xüsusi duyğu ilə yanaşıblar. Uzun qış fəslindən sonra ağac oyanır, yazın gəlişini xəbər verir, ilk günəş şüalarını qəbul edir, həyatverici, zərif duyğular oyadır – bu ağacda həyat gücü var... Məlumdur ki, xristianlıq yaranandan sonra söyüd ağacı onların həyatında xüsusi önəm daşıdı. Pravoslavların bayramlarında da ən vacib atributlardan biri oldu. Rəvayətə görə, Yerusəlimə gələn İsa Məsihi iudalılar palma budaqları ilə salamlayırdılar. Sonralar isə palmanı söyüd ağacı əvəz elədi. Pasxa bayramı ərəfəsində bu ağacı kilsədə bəzəyirlər. Deməli, söyüd ağacı qəhrəmanın mənəvi oyanışının rəmzi kimi də verilə bilər. Uşaq tabutu kimi! Axar çay kimi!
Söhbətləşdi: Fərid Hüseyn
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Anton Çexovun "Rotşildin skripkası” hekayəsi sizin sevdiyiniz əsərdir?
– Onun məzmun və formasının emosiyalara, psixoloji duruma, mənəvi-əxlaqi dəyərlərə təsir etməsinə görə... Əsərdəki obrazlar sisteminin (Yakov-Marfa-Rotşild-Skripka-Tabut-Uşaq və s.) onun ideya və süjetinə uyğunlaşdırılması, onların mənalandırılması, bütünlükdə mətnin istedad, idrak və hissin köməyi ilə ustalıqla "emal edilməsi”nə görə. Bura həm də kompozisiyanın düzgün qurulması və harmoniyası, ifadəlilik, dildən dürüst istifadə etmək, bədii həqiqət deyilən anlayışın ustalıqla çatdırılmasını da aid etmək olar. Ümumiyyətlə, Çexov təkcə bu hekayəni yazsaydı belə, onun yazıçı kimi bədii zövqünün heyranedici olduğunu da deyərdim.
– Yakov daim zərərini hesablayan pessimist obrazdır, yoxsa ölümü "kəşf
edib” bütün həlli onda görən ekzistensialist?
– Yakov nə pessimist, –
məncə, Yakovda ömrünün sonunda yalnız təəssüf hissi və nostalji duyğular
yaranır və bu da hər bir insan üçün təbii ola bilər, – nə də, sadə dillə desək, varlığına ikinci
dərəcəli önəm verən obrazdır. Yakov adi insandır, rus kəndlisidir, qarışıq və
mürəkkəb xarakterli adamdır. Fikir veribsənsə, yazıçı bircə dəfə ilk abzasda
onun tam adını çəkir – Yakov Matveyeviç İvanov, əksər yerlərdə "Bronza”, bəzən
də Yakov kimi təqdim edir, bəlkə də, adlara uyğun qarışıq xarakterləri
göstərmək üçün! Onda təbiətin verdiyi, anadangəlmə xasiyyətlər, sonradan
yaranan xüsusiyyətlər də var. Onun davranış və hərəkətləri də bəzən düşünülmüş
olmur, bəzən onun xarakterindən irəli gəlir, bəzən isə tam azad şəkildə meydana
çıxır. Hekayənin əsas canlı personajıdır, tabut düzəltməklə məşğul olur. Küçədə
onu "Bronza” çağırırlar. Yeri gəlmişkən, yazıçı niyə məhz bu ayamanı seçib?
Adların semantikası baxımından "Bronza”nı da təhlil etmək, müxtəlif cür yozmaq
olar: məlumdur ki, tunc müxtəlif kimyəvi elementlərin qarışığından yaranan
metaldır – qalay, mis, berillium, alüminium, xrom və s... Ən qədim tunc qalaylı
tuncdur. İnsan onu tunc dövründə kəşf edib, bizim eramızdan 3 min il əvvəl.
Çexov yəqin ki, bilməmiş deyildi, bəlkə də, detallarına bu qədər varmazdı, eyni
zamanda, onun əsas qəhrəmanına "Bronza” (Tunc – red) ayamasını təsadüfən
verməsi də sadəlövhlük olardı. Ayama assosiasiya doğurur, burda bir məntiq də
görmək olar; "Tunc” ayaması insana qədimilik verir, onun möhkəmliyinə işarədir;
o, metal növüdür, zaman-zaman yaşıla çalsa da, öz xüsusiyyətini itirmir, ondan
memarlıqda istifadə edirlər, kilsə zəngləri ondan hazırlanır, pul, medal,
orden, heykəl və s. düzəldirlər... Günəşə tutanda bərq vurur. Görünür, burda
insan-zaman, maddiyyat – pul, qızıl... – mənəvi-əxlaqi – kilsə zəngləri,
memarlıq, – dəyərlərin əlaqəsi var... Bu əlaqənin bədii şəklini isə elə hekayə
başlayandan görmək olar: Yakov qəsəbədəki adamların ölümünü səbirsizliklə
gözləyir, əsəbiləşir ki, çox nadir hallarda ölürlər; axı çörək pulu ölülərdən
çıxır! O, "yaxşı, möhkəm tabutlar düzəldir” və hesab edir ki, onun həyatının
mənası da elə budur. Hekayədə "daim zərərini hesablayan” əsas qəhrəmanın peşə
xüsusiyyətləri ilə bağlı çox incə nüanslar da var, azərbaycancaya tərcüməsində
oxuyuruq: "Yakov yaxşı və möhkəm tabut düzəldirdi...” Orijinalda isə belədir:
"Яков делал гробы хорошие, прочные.” Burada "yaxşı” sözü lə "tabut” arasında
qəribə bir müəllif sarkazmı var. Obrazın əxlaqi keyfiyyətləri barədə hələ ki,
heç bir söz demir. Sintaksis təhlilə görə, əslində, burada Azərbaycan dilindəki
"və” bağlayıcısı artıq görünür, cümlə orijinaldakı kimi vergüllə yazılmalıdır.
Çünki həm "yaxşı”, həm də "möhkəm” sözləri tabuta aiddir. Bu sözlər sinonim də
deyil, "yaxşı” sözü "möhkəm” demək deyil. "Möhkəm” pis məna da verə bilər.
Çexov burada vergül qoyub, hər iki sözə eyni məna verir və biz mətndə buna
sinonim kimi baxırıq. Beləliklə, məntiq budur ki, Yakovun yaxşı tabutları
möhkəm tabutlardır. Mətndə bu anlayışlarla bağlı müəllifin sarkastik oyunu
müşahidə olunur, yazıçı burada Yakovun müəmmalı bacarığına lağ edir, daha
doğrusu, müəllifin sarkazmı obrazın əl bacarığına qarşıdır, Yakovun məşğul
olduğu işin "qeyri-ciddiliyinə”, "əhəmiyyətsiz” olduğuna işarə vurulduğunu da
demək olar... Məncə, yazıçının əsas sarkazm hədəfi Yakovun bir obraz kimi
qarışıq xasiyyətləri deyil, onun bir-birinə zidd olan məşğuliyyət və
əməlləridir, tabut düzəltmək və musiqi alətində çalmaq, – buna görə də mən bir
oxucu kimi Yakova pessimist, yaxud ekzistensialist obraz kimi baxa bilmirəm...– Bəs Yakovun xanımı ilə
münasibətini necə dəyərləndirmək olar? Sizcə, bu münasibətlər o dövrün
ailə-məişət problemlərinin ümumi mənzərəsini əks etdirirmi?
- Bütün dövrlərdə və cəmiyyətlərdə qadına qarşı ədalətsiz münasibətlər
və haqsızlıqlar olub və indi də var. Çar Rusiyasında da bu amil var idi və
Çexov Yakovun xanımına – Marfaya münasibətini də məharətlə, lakonik şəkildə
ortaya qoyur. Mətnə diqqət edək: Yakov kişilər və meşşanlar üçün öz boyuna
uyğun tabut düzəldir, heç vaxt səhv etmir. Adətə görə, tabutu canlı adamın
boyuna görə ölçməzlər, amma Bronza öz boyuna görə görün nə qədər tabut
düzəldib! Marfanın öldüyünü görən Yakov onun barəsində heç düşünmür də, əsas
diqqətini tabutun keyfiyyətinə yönəldir – təki ucuz və keyfiyyətli olsun.
Tabutu hələ arvadının sağlığında düzəldir, sonra da hesab edir ki, dəfn
ucuzvari və zərərsiz keçdi, heç kim də incimədi. Diqqət etsək, burda da bir
sarkazm var – dövrün mövcud ailə-məişət durumuna... Marfaya münasibət hekayədə
birmənalı deyil, həm yazıçı, həm də Yakov onun barəsində fərqli düşünürlər;
əvvəla, mənə elə gəlir ki, Çexov hər iki adı İncildən götürüb. İncildə Marfa,
Lazar və Mariyanın bacısıdır. Yakov adının mənası da İncilə görə İsa Məsihin
əkizidir, "növbəti gələn” deməkdir. Lazar İsa Məsihə qəlbən inanır, ona görə
çarmıxa çəkilir. Marfa da öz növbəsində bunun şahidi olur. Bu adın mənası
müxtəlif cür yozula bilər: xeyirxahlıq rəmzi kimi, sadə, sakit və iddiasız bir
varlıq kimi – doğma evinin, ocağının təəssübünü çəkən qadın. Lakin bütün bunlarla
yanaşı, axı o, həm də ev sahibəsidir, xanımdır, tərbiyəçidir; hekayədə ilk
baxışdan Marfa öz adının mənasına uyğun ənənəvi varianta münasib kimi görünür.
O, ərinə sözsüz tabedir, onun qulluğunda durur, xəstə canıyla bütün ev işlərini
də görür, sobaya odun salır, su gətirir, Yakovun bir sözünü iki eləmir. Evə
sərxoş gələn ərini çarpayıya uzadır, onun skripkasını divardan asır... Mətndə
Marfa cəmi iki dəfə danışır, birinci dəfə deyir: "Yakov! Mən ölürəm!” İkinci
dəfə isə "sarışın saçlı uşaq barədə” xatirələrini dilə gətirir. Marfa oxucuda
əzabkeş qadın kimi yadda qalır, ölümlə sanki rahatlıq tapır. O, ikinci dərəcəli
qəhrəman olsa da, xarakteri tam açılmır, yazıçı onu hekayənin əvvəlində öldürsə
də, biz onu hər zaman diri görürük, əzabkeş, qayğıkeş qadın kimi görürük, sanki
o da skripka kimi bir açardır, süjetin sonuna yaxın öz rolunu oynayır...
Yakovun arvadına qarşı etinasız münasibətini Marfanı xəstəxanaya gətirib
feldşerlə danışanda daha aydın görmək olar: "Bağışlayın, sizi narahat edirik,
Maksim Nikolaiç, boş-boş şeylərdən ötrü... Mənim övrətim, necə deyərlər, həyat
yoldaşım azarlayıb... üzr istəyirəm ifadəmə görə...”. Marfa obrazına adamın
yazığı gəlir, bununla belə, onun hekayədə önəmli əhəmiyyətini də görməmək
mümkün deyil. Ümumiyyətlə, bu kiçik parça o dövrün miskin ailə-məişət və sosial
durumunun ən bariz nümunəsidir...– Bu hekayəni uğurlu edən
nədir? Çexovvari təhkiyə, yoxsa ictimai prosesə sadə, lakonik baxış?
– Hər ikisi var və üstəlik, deyərdim ki, ilk baxışdan sadə görünən
mövzuya daha dərin, məntiqli və müdrik baxış var. Əlbəttə, klassik mövzudur:
cəmiyyətdə insanın rolu, onun həyatının dəyəri. Hekayənin çox mürəkkəb
psixoloji və dərin anlamı var. Bundan başlayım ki, niyə Yakovun yox, məhz
"Rotşildin skripkası?”. Axı Yakov əsas obrazdır, skripka da ona məxsusdur,
orkestrdə, toylarda çalır, həzin musiqisindən adamlar həzz alır... Bu yerdə
Çexovun mövzuya yanaşmasından, onun təhkiyəsindən, usta priyomlarından danışmaq
olar. Mənə elə gəlir ki, hekayəni uğurlu edən səbəblərdən biri, bəlkə də, skripkanın
rəmzi personaj kimi süjetə gətirilməsidir... Bəli, bəli, Skripka – adi odun
parçasından düzəldilən dördsimli musiqi aləti. Mətndə skripka ilə bağlı
xatırlamalar çoxdur, skripka bütün süjet boyu əsas canlı personajı, prosesləri
personajları və situasiyaları! müşayiət edir, mühüm rolunu isə finalda oynayır.
Yakov ölərkən keşişə vəsiyyət edir: "Skripkanı Rotşildə verin!” Nə üçün? Onun
elə bütün olan-qalan var-dövləti skripkadır – ruhu idi! Bəlkə, elə Çexov demək
istəyir ki, insanın ruhu ölməzdir?! Axı insan o dünyaya ruhunu apara bilmir!
Bunu izah etmək üçün bir qəzet səhifəsi də bəs eləməz. Çalışacam qısaca şərh
edim: mənim zənnimcə, bəlkə də, Çexov skripkanı mistik tarixə malik olduğuna
görə hekayəyə salıb. Məsələ bundadır ki, skripka ilə bağlı çoxlu mistik əfsanə
və əlamətlər var. Əvvəla, insanlar ta qədimdən bu alətin həzin səsində
qəlblərinə yaxın həmdəm, təskinlik tapırdılar. İkinci bir versiya isə bundan
ibarətdir ki, skripkanın səsi Şeytani səsdir, intibah dövründə onu yaradanı
şeytan adlandırıblar. Alətə və onun səsinə şeytan əməli deyirdilər. Avropalılar
bu alətlə bağlı rəvayətlər də uydurublar: guya Zülmət Allahı Yerdə gözəl bir
qız görür və ona vurulur. Lakin qız onun sevgisinə cavab vermir, qəzəblənən
şeytan qızı danışmayan skripkaya döndərir; o vaxtdan skripkaya qara qüvvələr
havadarlıq edir. İsveçdə skripka ilə bağlı daha bir mistik əfsanə dolaşır:
çaylar İlahəsi suyun üstündə gözəl musiqi səsləndirir, adamlar görürlər ki,
onun əlində skripka var, həzin və heyranedici səslər çıxarır; bu səslər ən
yaşlı qocaları, yeriyə bilməyən, ayaqları tutulan adamları belə vadar edir ki,
çaya girsinlər, suyun üstündə rəqs eləsinlər. Deyirlərmiş ki, o gözəl səsə
qulaq asmaq istəyənlər mütləq qara bir qoç bəlkə də, adam qurban verməliymiş...
Avropada daha bir əfsanə var: guya hansısa skripka ustası arvadının ölümündən
bərk sarsılır, o, öz skripkasını onun qanı ilə rəngləyir, nəticədə skripkadan
elə sehrli səslər qopur ki, insanlar onu unutmurlar. Daha bir rəvayət isə
qırmızı rəngli skripkanın insana bədbəxtlik gətirdiyini, onu yoxsullaşdırdığını
və ən sevimli adamını əlindən aldığını deyir, nəhayət, ona əzab və işgəncə dolu
ölüm nəsib edir. Misal kimi italyan Paqanininin taleyini göstərmək olar və sair
və ilaxır. Görünür, Çexov bütün bunlardan xəbərdar imiş. Belə olmasaydı, süjet
boyu skripka və onun səsi ilə bağlı gizli, həm də müdrikcəsinə eyhamlar
vurmazdı, alətlə insanın taleyi arasında əlaqəyə məna və çalar qatmazdı. Misal
üçün, məhz skripka finalda Yakova anladır ki, o insandır, axı qəlbi, ruhu var,
o həyatını boş-boş şeylərə sərf edib, düzgün qurmayıb, mənasız işlərlə məşğul
olub, bu yaşda geri qayıtmaq da mümkün deyil və s...– Yeri gəlmişkən, qeyd edim ki, hekayədə sanki "yaşayaraq dözmək” və
"ölərək xilas olmaq” dilemması var. Necə düşünürsünüz, skripka, ya da elə
götürək cuhudun fleytasını, bu iki alətin mahiyyəti dilemmanı ifadə edirmi?
– Dəqiq bilmirəm, amma
hekayədə süjet, məzmun və ideya həqiqətən çox maraqlı detallar üstündə qurulub.
Bir tərəfdən canlı personajlara yazığın gəlir, xoşagəlməz duyğularla
yaşayırsan, təəssüflənirsən ki, onlar artıq heç nəyi dəyişə bilmirlər. Xüsusilə
Yakov öz həyatını qara pul kimi xərcləyib, onun ömrü qəpiklər barədə düşünməklə
bitib, qəpiklər isə heç vaxt olmayıb. Digər tərəfdən də onun həyata baxışları
dəyişir – təxmin edə bilərəm ki, bu, ya skripkaya görə, ya da Marfanın ona
xatırlatdığı "sarı saçlı uşağ”a görə baş verir, bəlkə də, ayrı atributlar da
söyüd ağacı, onun başındakı qarğa yuvası, yaxud axan çay və s... rol oynayır, –
mərhəmət və ağrı hissləri oyanır. Diqqət etsək, yazıçı da finalda ona tez-tez
Yakov deyir, "Bronza” demir. Canlı personajın üzləşdiyi dilemma, məncə,
budur... Amma hekayədə sənin qeyd etdiyin kimi, cansız personajlar – skripka və
fleyta kimi musiqi alətləri də var. Bayaq qeyd etdim ki, əsas cansız obraz
Skripkadır ki, onun rolu final səhnəsində daha güclü və məntiqli görünür.
Nəhayət, biz burda bir cansız, amma rəmzi personaj da görürük: Yaddaş! O,
ölməzlik simvolu kimi təqdim edilir. Axı adamlar sonralar skripkada çalınan
musiqinin müəllifinin məhz Yakov olduğunu bilmirlər, buna baxmayaraq, onlar o
musiqidən – Yakovdan sonra Rotşild məhz onun skripkasında Yakovun tanış
musiqisini çalır! – Bronzanın vaxtilə çaldığı musiqidən həzz alırlar. Skripka
da, musiqi də sanki ötürülür, ruh kimi əbədi yaşayır... Yakov olan-qalan
varidatını cuhuda vəsiyyət edir və bununla da özü haqqında, skripkası və
musiqisi haqqında əbədi xatirə yaradır... Əslində, o, ölməklə cismani olaraq
əzabdan qurtarsa da, mənən ölmür, yaşayır. Cuhud isə "yaşayaraq dözməlidir”, ayrı
çıxış yolu da görünmür, həyat davam edir...– Və, bəlkə də, skripka Yakovun günahlarını, tənhalığını və sevgisini
ifadə edir, yəni, taleyini. Hekayənin sonluğunu bu cür izah etmək mümkündürmü:
hər dəfə onu təhqir etdiyi üçün və bu günahını yumaq üçün Yakov Rodşildə öz
taleyini – skripkasını vəsiyyət edir?
– Hər kəs onu bir cür başa
düşə bilər, təbiidir. Zənnimcə, skripka bütün bunlarla yanaşı, insan ruhunun
simvoludur. Burda, məncə, skripka və musiqi ruhun ölməzliyi anlamını daşıyır və
bəlkə də, Çexov "insanın bədəni, yoxsa ruhu” dilemmasını qoyub... Heminquey
deyir ki, heç kim heç vaxt ölmür. Bu mənada Çexov da eyni şeyi deyir, intəhası,
ayrı formada...– Sizcə, baş qəhrəman hansı
aspektdə haqlıdır?
– Mətndə Yakovun sərbəst və qeyri-iradi, düşüncəsiz – bəlkə də, kobud
və primitiv! hərəkətləri, özünəməxsus fikirləri var; diqqət veribsinizsə, Yakov
arvadını dəfn edəndən sonra yazıçı artıq öz qəhrəmanının daxili aləmində baş
verən dəyişikliklərlə "məşğul olur”. Yakov artıq potensial gəlir mənbəyi
haqqında xəbərə də etinasızdır, Rotşildə "gələ bilmərəm!” deyir. "İndi onun
üçün daha vacib şeylər vardı, maddi zərərlər onu maraqlandırmırdı...” Amma bu
da hələ qəhrəmanın haqlı olduğuna sübut ola bilməz. Məncə, Yakovun
düşüncələrini, ya da ürəyindən keçənləri ifadə edən yazıçı sualları var. Burda
biz yazıçının münasibətini –XIX əsr dünya ədəbiyyatında çox geniş yayılmış üsul
idi, hansı yollasa yazıçı hadisəyə, yaxud obrazın durumuna müdaxilə edir, ya da
onun dilindən istifadə edirdi, – görürük, o suallarla baş qəhrəmana haqq
qazandırmağa çalışır...– Hekayədə tabut simvolu da var. Bu, axirətə işarədir, yoxsa...
– Fərid, ümumiyyətlə,
Çexovun qəhrəmanlarının hərəsi bir cür bədbəxtdir. Deməli, Anton Pavloviçi
bütün "bədbəxtlərin yazıçısı” da adlandırmaq olar. O ki qaldı hekayədəki tabut
simvoluna, o, həyatdır, bu dünyadır, dörd bucağı – Şimalı, Cənubu, Qərbi və
Şərqi olan Yer kürəsinin rəmzidir bəlkə də. Yakov tabutu düzəldən kimi özü
tabuta girir. Tabut kimi ağır, yalançı, miskin olan bu metafora sanki qutunu
xatırladır, bu qutunun içində də insan həyatı var. Qutudur həyat, dörd bucaqlı
bir qutu! Biz də gəlirik və o qutunun içində əzabkeş ömrümüz gedir və elə həmin
qutuda da gedirik o biri dünyaya. Bəlkə də Çexov bunu demək istəyib.– Oskar Uayld "Dorian Qreyin
portreti”ndəki sənətə münasibətlə hekayədəki sənətin insana təlqin etdiyi
hisslər arasında oxşarlıq varmı?
– Oskar Uayldın öz sözü ilə desək, bütün sənətlər bu və ya digər
dərəcədə insana hansısa hissləri təlqin edir, misal üçün, təəssüf hissi,
emosionallıq, kədər, sevinc və s. Bu mənada oxşarlıq var. Yadındadırsa, Oskar
həmin romanın giriş hissəsində deyir ki, biz insanı faydalı işlər gördüyünə və
bundan heç də məmnun qalmadığına görə bağışlaya bilərik. Faydasız iş görən
adamı da o zaman bağışlamaq olar ki, o bu işi sevə-sevə, özü də ehtiraslı sevgi
ilə görsün... "Rotşildin skripkası”nda baş qəhrəman Yakova da "faydasız işlə”
məşğul olan obraz kimi baxa bilərik, amma bütövlükdə axı o, "yaxşı, möhkəm
tabutlar” düzəldir və bu işi də əsas məşğuliyyətinə çevirib. Digər tərəfdən isə
gözəl skripka çalır və beləliklə, görürük ki, o, insanlara bir tərəfdən kədər
və hüzn gətirən tabut düzəldir, digər tərəfdən isə onları öz musiqisi ilə
əyləndirir, onlara həzin duyğular bəxş edir. Hər iki halda, Yakov razıdır,
sonda isə başa düşür ki, birinci halda yanılıb, bəlkə də, çayda balıq tutub
bazara aparsaydı, daha çox pul qazanardı... Göründüyü kimi, burda artıq
hisslərdən söhbət getmir, yenə mənfəət və gəlir barədə düşünür... Dorian Qreyin
durumu da sənə emosional hisslər təlqin edir, lakin bunların arasında fərqlər
var; rəssam Bazil gözəl portret yaradır Dorianın gənclik rəsmini; o, sanki
Narsisə oxşayır. Dorian da onu qoruyur, gəncliyini əbədi qorumaq, saxlamaq
istəyir. Düşünür ki, o, hər zaman portretdəki kimi cavan qalacaq, insanlara bu
gözəlliyi ilə estetik hisslər təlqin edəcək. Finalda nə baş verir? Dorian
düşünür ki, "görəsən, doğrudanmı keçmiş ona daim ağır yük olacaq? Bəlkə elə
yaxşısı budur etiraf etsin cinayəti? Heç vaxt! Onun əleyhinə işləyən bircə
dəlil var, düzdü, çox zəif dəlildir, amma var – o da portretdir! Portreti məhv
etmək lazımdı, vəssalam! Axı portreti nə üçün bu qədər saxlayıb, hə?..” Bu
səhnədə portret onun keçmişdəki pis əməllərini xatırladır, hətta simvolik
olaraq portret eybəcər hala düşür... Bu təəssüf hissi ilə Yakovun keçirdiyi
təəssüf hissi əlbəttə ki, ayrı-ayrı situasiyalardır, amma onları birləşdirən,
sadəcə, keçmişlə bağlı insanın təəssüf hissləridir...– Yakovun xarakteri kapitalist sistemin insan xislətinə mənfi təsirdir,
yoxsa bu sadəcə xəsislikdir?
– İnsanın xarakteri onunla birgə doğulur, mahiyyətcə, ölənədək
dəyişmir. Əlbəttə, ailənin, mühitin, sistemin və s. təkcə kapitalist
sistemindən söhbət getmir! onun formalaşmasında rolu olur, amma simiclik,
xəsislik insanın təbiəti ilə bağlıdır, o ya olur, ya da olmur. Məgər Hacı
Qaraya sistem təsir eləmişdi? Ya da Molyerin yaratdığı xəsis obrazına sistem
təsir etmişdi? Məncə, bu elə sadəcə onun qanından gəlir. Çexov bunu çox incə
detallarla verə bilib. Yakov ruhani vəziyyəti heç vaxt yaxşı olmayan bir adamdır,
fərəhsiz, qaraqabaq bir qoca. Onun özəl xasiyyəti də var – zıqqıdır, simicdir.
"Min manatdan çox zərər”ə düşdüyünü hesablayarkən Marfa qəflətən ona bildirir
ki, tezliklə öləcək. "Yakov! Mən ölürəm!” Arvadının bu sözlərinə qəhrəman belə
reaksiya verir: "O boylanıb arvadına baxdı”. Burda qəhrəmanın heç bir hissi
təsvir edilmir. Sadəcə "boylanır”, vəssalam. Hətta təəccüblənmir, diksinmir də.
Görünür, Çexov demək istəyir ki, maddi "zərər” olan yerdə mənəvi itki – Marfa
yada düşərmi? Burda qəhrəmanın xarakteri hərəkət və davranışlarına görə
açılır...– Yakovun uşaq tabutlarına münasibətinin kökündə hansı məntiq dayanır?
Bunu müasir insanın iş, pul müqabilində insani hislərdən, mənəvi ağrılardan
aşınması kimi izah eləmək olarmı?
– Mən məsələyə bir qədər ayrı
cür yanaşmaq istərdim: Marfa ölüm ayağında Yakova uşağı xatırladır. "Yadındadı,
Yakov?” soruşur, sevinclə ona baxır. – Yadındadır, əlli il bundan qabaq Allah
bizə bir uşaq vermişdi, sarışın saçlı?” Ümumiyyətlə, hekayədə uşaq obrazı da
mühüm obrazdır. Hekayənin əvvəlində uşaqla bağlı bir fraqment var: "Uşaq tabutu
üçün sifarişləri Yakov həvəssiz qəbul edirdi, onları birbaşa ölçüsüz edirdi,
həqarətlə düzəldirdi, hər dəfə də işə görə pul alanda o deyirdi: – Doğrusu, boş
şeylərlə məşğul olmağı xoşlamıram”. İlk anda bizə elə gəlir ki, personajın uşaq
tabutuna münasibətini yazıçı elə-belə, xarakteri açmaq üçün salıb. Marfanın
xatırlatmasından sonra isə bilirik ki, qəhrəmanın öz uşağı da varmış, ölüb,
lakin Yakov yaddaşını silkələsə də "xatırlaya bilmir”. Bu dəhşətli iki "itki”
haqqında da danışmaq lazım gəlir – uşaq və onun xatirəsi! Sual olunur: qəhrəman
niyə onu xatırlamır? Həyatında baş verən ən dəhşətli itkiyə qarşı nə üçün belə
biganədir? Düşünmək olar ki, bu bir yaddaş məsələsidir, unuda bilər, çox illər keçib...
Müəllif bu sualı açıq saxlayır. Əlli ildən çox vaxt keçib! Lakin biz Marfanın
ikinci və sonuncu monoloqundan öyrənirik ki, o zaman, əlli il bundan qabaq,
Allah onlara uşaq verib, onlar birlikdə "çay kənarında oturub mahnı
oxuyarmışlar...s öyüd ağacının altında...” Deməli, o zaman həyat varmış! Sadə
məntiq də elə budur! Sualın ikinci hissəsi ilə bağlı bunları əlavə edə bilərəm: insan əzəldən maddiyyatla mənəviyyat arasında çarpışır, həyatını gah bu, gah da o biri üstələyir. Hekayədə Yakov bütün həyatının mənasız ötdüyünü axır ki, anlayır, artıq gecdir...Onun faciəsi də məhz bundadır. Yakovun xarakterindəki meyllərin tədricən dəyişməsi də, məncə, Çexovun qabartmaq istədiyi əsas məqsədlərdən biridir. Mətndə "uşaq” obrazından savayı çox müdrikanə və məntiqli rəmzi personajlar var – Söyüd ağacı, Qarğa yuvası, çay və s... Bunların sistemli qurulmasında, zənnimcə, təkcə yazıçının fəhmi, hissi, istedadı yox, həm də geniş dünyagörüşü, idrakı və fəlsəfi baxışları iştirak edir. İlk öncə, söyüd ağacından başlayaq; Yakov çay kənarında iri gövdəli, köhnə söyüd ağacını görür, başında qarğa yuva salıb. Ağac Yakovun gəncliyinin dostu kimi təqdim edilib –"o, necə də qocalıb!” Görünür, ağac dünyanın, yerin oxu kimi rəmzi məna daşıyır, Göylə Yeri birləşdirən kökdür, insanla onun mənəvi dünyasını birləşdirən kökdür, bu, həyatın dövr edən çarxıdır, ölüm və həyatdır. Slavyanlar ta qədimdən bu ağaca xüsusi duyğu ilə yanaşıblar. Uzun qış fəslindən sonra ağac oyanır, yazın gəlişini xəbər verir, ilk günəş şüalarını qəbul edir, həyatverici, zərif duyğular oyadır – bu ağacda həyat gücü var... Məlumdur ki, xristianlıq yaranandan sonra söyüd ağacı onların həyatında xüsusi önəm daşıdı. Pravoslavların bayramlarında da ən vacib atributlardan biri oldu. Rəvayətə görə, Yerusəlimə gələn İsa Məsihi iudalılar palma budaqları ilə salamlayırdılar. Sonralar isə palmanı söyüd ağacı əvəz elədi. Pasxa bayramı ərəfəsində bu ağacı kilsədə bəzəyirlər. Deməli, söyüd ağacı qəhrəmanın mənəvi oyanışının rəmzi kimi də verilə bilər. Uşaq tabutu kimi! Axar çay kimi!
– Yakov arvadının dəfnindən
sonra çay kənarına gəlir və yaşlı söyüd ağacını görür. Marfanın danışdığı
hadisələri xatırlayır. Bu onun xatirələrinin ən uzaq nöqtəsidir, yəni gənclik
dövrü... İndi yenidən ordadır. Boşuna ötmüş ömrün hesabatını verir , bu anda
ağlına fikir gəlir, çayda balıq tutub satsaydı çox pul qazana bilərdi! Bu onun
ağlına niyə başqa vaxt gəlməmişdi? Müəllif obrazı yaşlı söyüd ağacının yanına
gətirməklə sanki ona yenidən nəfəs verir, onu yenidən diriltmək istəyir, ancaq
Yakovun yaşı çoxdur, bu, gecikən bir ümiddir. Yakov orta yaşlarda o söyüd
ağacının yanına gəlsəydi, başqa bir taledən danışmaq olardımı? Yaxud deyək ki,
əlli ildə bir dəfə də olsun çayın kənarına gəlməyən Yakov çaya kədərlə baxır,
çay isə axır – onun həyatı kimi axıb gedir. Yakov ayılır elə bil. Hər şeyi
xatırlayır...hətta o "sarışın saçlı uşağı” da. Burada nə kimi paralellər
aparmaq olar?
– Marfanın ölümündən sonra Yakov əvvəlki kimi yaşaya bilməzdi. O,
dəyişir, amma gecdir. Söyüd ağacının başındakı "qarğa yuvası” isə artıq ölümün
yaxınlaşmasından xəbər verir. Və nəhayət, sonda görürük ki, Yakov əlli il qabaq
itirdiyi qız övladını yadına salır, yaddaşı sanki qayıdır. Onun ölümünə də
münasibəti dəyişir, sanki o, indi skripkasına da uşaq kimi baxır, "skripkanı
bağrına basdı, sanki ona layla çalırdı...” O, skripkasını-övladını-uşağını
sakitləşdirərək sanki özünü sakitləşdirir. Skripka bu əlli ildə onun üçün böyük
rol oynamışdı, Marfa da bunu hiss eləmişdi, buna görə onu hər dəfə ehtiyatla
divardan asırdı... İndi ömrünün son günlərində isə Yakovun bircə skripkası
qalıb, Yakovun yeganə dostu, onun qəlbinin bütün hisslərini ifadə edən alət.
Skripkaya heç nəyi izah eləmək lazım gəlmir, o, özü hər şeyi başa düşür, sözsüz
başa düşür, öz dili ilə ötürür... Bu dil –
musiqi dilidir... Bu da Yakovun rəmzlərə, ümumiyyətlə, hər şeyə qarşı
münasibətinin məntiqi nəticəsi...– Rotşild də fleytada çox kədərli musiqi ifa edir, eynən Yakov da. Bu iki
obraz arasında hansı mənəvi yaxınlıq var?
– Hər ikisi demək olar ki,
eyni təbəqəli insanlardır. Milli mənsubiyyətləri fərqli olsa da, sonda onları
sənət – musiqi birləşdirir.– Hekayənin ikinci abzasında Yakovun fiziki göstəricilərindən
danışılarkən deyilir: "Hətta həbsxanada da ondan hündür və möhkəm adam yoxdur”.
Yazıçının bu müqayisəsi bizə o dövrün Rusiya həbsxanası haqqında məlumat vermək
üçün istifadə edilir, yoxsa mətləb daha genişdir? Sizcə, burda dörd divara
məhkum olunan məhbəslərlə, öz uğursuzluğuna və kasıblığına məhkum olunan Yakova
işarə vurulmur ki?
– Yozumlar müxtəlif ola bilər.
Gəl elə bu abzasdakı həmin cümləni orijinaldan oxuyaq: "Для мужиков и мещан он
делал их на свой рост и ни разу не ошибся, так как выше и крепче его не было
людей нигде, даже в тюремном замке, хотя ему было уже семьдесят лет...”
Tərcümədə belə gedir: "O, kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə
hazırlardı və heç də yanılmazdı, çünki yetmiş yaşı olsa da, heç yerdə, hətta
həbsxanada da ondan hündür və möhkəm adam yox idi...” Burda da bir sarkazm var,
təkcə rus həbsxanasına yox, ümumiyyətlə, Yakov kimi "hündür və möhkəm” adamlar
üçün dünyanın zindan olduğunu da başa düşmək olar. "Hündür və möhkəm” sözlərini
işlətməklə yazıçı bəlkə də Yakovun düşdüyü vəziyyəti lağa qoyur. Yəni, "hündür
və möhkəm” adamdırsa, türməyə niyə düşür? Yaxud miskin vəziyyətdə niyə yaşayır?
Ya da, məgər Rusiyada məhkumları boyuna və gücünə baxıb zindana salırdılar?...– Yakovun bədbəxtliyində Rusiya dövlətinin rolu varmı? Çünki o nə
polisdən yarayır, nə də həkimdən. Sanki müəllif gizli-gizli Rusiyanın çürüyüb
dağılmaqda olan imperiya dəyərlərini daşa tutur, ifşa edir...
– Əlbəttə, var. Elə
hekayənin ictimai-siyasi mahiyyətinin kökündə də Rusiyada imperiya dəyərlərinin
ifşası durur. Rus adamının, rus həyatının Çexov qədər dəqiq, həm də dolğun
təsvirini verən ikinci yazıçı tanımıram. Bunu hətta Tolstoy da etiraf
etmişdi...Söhbətləşdi: Fərid Hüseyn