• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

O, “Yuve”yə lazım olan futbolçu deyil

23.01.18 14:40 671
O, “Yuve”yə lazım olan futbolçu deyil
"Nitsa”nın futbolçusu Mario Balotellinin "Yuventus”a keçəcəyi barədə məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, "Yuve”nin baş direktoru Cüzeppe Marotta bu məlumata münasibət bildirib. O, Balotelli kimi futbolçunun "Yuventus”a lazım olmadığını deyib. Marotta növbəti dəfə Əmrə Canla bağlı da danışıb və onu transfer etmək istədiklərini bildirib:
"Bu məlumat mifdi, fantaziyaçıların uydurmasıdır. Mario "Yuventus”a lazım olan futbolçu deyil. Əmrə Cana gəldikdə isə o, güclü futbolçudur.
Bilirik ki, onun müqaviləsi başa çatır. Ancaq Əmrə müqaviləni uzada da bilər. Biz onu transfer etməyə çalışırıq. Düzdür, bunu etmək çox çətindir. Amma hesab edirəm ki, böyük klub çətin vəzifələrin öhdəsindən gəlməyi bacarmalıdır”.
banner

Oxşar Xəbərlər