• çərşənbə axşamı, 19 mart, 08:08
  • Baku Bakı 8°C

“O, Ronaldo deyil, böyük fərq var”

18.02.19 16:50 651
“O, Ronaldo deyil, böyük fərq var”
Braziliya yığmasının sabiq futbolçusu Kafu "Real”da çıxış edən həmyerlisi Vinisius Junior barədə danışıb.
Kaspi.az xəbər verir ki, Kafu Juniorun "Real”dakı oyunundan təəccüblənmədiyini deyib. O, 18 yaşlı həmyerlisini Kriştiano Ronaldo ilə də müqayisə edib:
"Vinisiusun etdikləri məni təəccübləndirmir. Çünki onun potensialına bələd idik. O, Kriştiano Ronaldo deyil. Onların arasında böyük fərq var.
Ronaldo "Real”ın və Portuqaliyanın tarixinə düşüb. Amma Juniorun da şansı var ki, "Real”la başqa bir tarix yazsın.
O, tamamilə futbola köklənməli, ambisiyalı olmalıdır. Böyük futbolçular həmişə onlardan tələb olunandan daha artığını nümayiş etdirməlidirlər. Braziliyalı futbolçular isə məsuliyyəti öz üzərilərinə götürməyə vərdiş ediblər. Xüsusən də "Real” kimi klublarda”.
banner

Oxşar Xəbərlər