• cümə, 19 Aprel, 18:10
  • Baku Bakı 24°C

O, “Real”dan gələndə depressiyada olub

25.04.18 15:10 663
O, “Real”dan gələndə depressiyada olub
"Bavariya”nın baş məşqçisi Yupp Haynkes Xames Rodriges barədə danışıb.
Kaspi.az xəbər verir ki, Haynkes Rodrigesin "Bavariya”ya adaptasiya prosesini xatırlayıb. O, kolumbiyalı futbolçunun "kral klubu”ndan gələrkən depressiyada olduğunu bildirib:
"Onun oyunu fanatların xoşuna gəlir. Fantaziyası var, meydanı yaxşı görür. O, "Real”dan gələndə depressiyada idi. Biz onunla xeyli söhbət etdik. Yavaş-yavaş onda özünəinam hissi bərpa olundu.
Xames Münhenə alışıb, bura onun xoşuna gəlir. O, alman dilini öyrənir. İspan dilində danışanlar üçün bunu etmək çox çətindir. Ancaq biz hazırda onunla almanca ünsiyyət qura bilirik”.
Xames "Real”dan "Bavariya”ya 2017-ci ilin yayında 2 illik icarə əsasında keçib.
banner

Oxşar Xəbərlər