O, prezident olacağını istisna etmir
"Real”ın futbolçusu Serxio Ramos "tvitter”də azarkeşlərin suallarını
cavablandırıb.
Kaspi.az xəbər verir ki, azarkeşlərdən biri Ramosdan "Real”ın
prezidenti postunu tutmaq istəyib-istəmədiyini soruşub. Müdafiəçi gələcəkdə bu
vəzifədə ola biləcəyini istisna etməyib:
"Real”ın prezidenti olmaq? Hələlik özümdə bu keyfiyyətləri görmürəm.
Ancaq hadisələrin necə cərəyan edəcəyini əvvəlcədən müəyyənləşdirmək olmaz. Mən
də bunu istisna etmirəm”.
Ramos karyerasını bitirdikdən sonra "Real”ın məşqçilər korpusunda
təmsil oluna biləcəyinə də eyham vurub: "Hələ qarşıda uzun illəri əhatə edəcək
futbolçu karyeram var. Məşqçiliklə bağlı düşünmək tezdir. Ancaq bunun gələcək
variantlardan biri olduğunu deməliyəm”.