• cümə, 29 Mart, 13:52
  • Baku Bakı 14°C

“O, oynadığım son rol oldu” - Məktəb illəri

06.04.19 13:30 1252
“O, oynadığım son rol oldu” - Məktəb illəri
Məktəb illəri hər kəsin həyatında unudulmaz xatirələrlə doludur. Bəlkə də insanın ən şıltaq, dəcəl olduğu vaxtlardır. Zaman keçdikcə həmin dövrdə etdiklərimizi xatırlayanda, üzümüzdə azda olsa təbəssüm yaranırsa, demək ki, həmin illər elə də sakit keçməyib. Bu dəfə Lent.az İnformasiya Agentliyinin redaktoru Səbinə Əvəzqızı ilə həmin illərə səyahət etdik. Müsahibimiz bu gün tanınmış jurnalist olsa da, məktəb illərində "həkim” kimi tanınıb. Bu gün də gülərək xatırladığı həkimlik xatirəsini bizimlə bölüşür: "Bizim dövrdə məktəblər arasında "Şahinlər” hərbi idman oyunları keçirilirdi. Ailədə həkim olduğu üçün mən həmişə komandanın "həkimi” olurdum, özü də "həkimlər” arasında ən yüksək balı alırdım. Bir dəfə guya komanda üzvünə yardım edirdim, üstündəki kəndiri ilan zənn etdim. Necə qaçırdımsa, heç bir komanda komandiri məni tuta bilmirdi. Hərbidən gəlmiş zabit dedi ki, bunu gələn dəfə kim həkim etsə, onu bağışlamaram, marafona yazın. Mənim ucbatımdan tədbir xeyli pozulmuşdu. Hər dəfə yadıma düşəndə xeyli gülürəm”.
Həmsöhbətimizin aktrisa olmaq həvəsini də Rasim Balayev "öldürüb”: "Bir dəfə Rasim Balayev məktəbimizə gəlmişdi. Mən də teatr dərnəyinin fəal üzvi idim. Özüm göz həkimi tamaşası qurmuşdum. Həm də baş rolda - həkim qız rolunda oynayırdım. Rasim Balayev tamaşaya baxdı. Tamaşadan sonra təəssüratlarını soruşdum. Dedi ki, hər şey yaxşıdır, amma bir-birinizi dinləmirsiniz, elə istəyirsiniz tez sözünüzü deyib bitirəsiniz. Doğurdan, elə düz tutmuşdu ki, qarşımdakı məni söysə belə dinləmirdim, elə bilirdim onu dinləsəm, əzbərlədiklərim yadımdan çıxacaq. O, mənim oynadığım son rol oldu. Bildim ki, Rasim Balayev düz deyir və daha bir istedad belə söndü” (gülür:A.Ə)
AygünƏZİZ
banner

Oxşar Xəbərlər