• şənbə, 20 Aprel, 16:06
  • Baku Bakı 23°C

O model yenə də meydana girmək istəyib

09.07.19 12:15 748
O model yenə də meydana girmək istəyib
Çempionlar Liqasının finalında meydana daxil olan amerikalı model Kinsi Volanski yenə də diqqət mərkəzinə düşüb.
Kaspi.az xəbər verir ki, Volanski Amerika kubokunun finalında da meydana daxil olmağa cəhd göstərib. Ancaq o, istəyini reallaşdıra bilməyib və stadionun mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Model bununla bağlı belə yazıb:
"Etiraf edirəm, Amerika kuboku, sən qalib gəldin. Braziliyaya uçdum, geyindim və hadisə yerinə gəldim. Ancaq mühafizə xidmətinin 20 əməkdaşı bizi saxladı. Artıq sərbəst buraxılmışıq və Braziliyada istirahətdən həzz alırıq”.
Qeyd edək ki, Volanski ÇL-in finalında meydana daxil olduğu üçün 15 min avro cərimə edilib.
banner

Oxşar Xəbərlər