O, “Milan”dan gedir
"Milan”ın hücumçusu Karlos Bakkanın komandadan gedəcəyi ehtimalı
artır.
Kaspi.az xəbər verir ki, hücumçunun komandanı tərk edəcəyinə
"milan”ın baş məşqçisi Vinçentso Montella da işarə vurub. O, "Bavariya” ilə
keçirilən yoldaşlıq oyununda (4:0) Bakkanın heyətdə olmamağını üstüörtülü də
olsa, bu amillə əlaqələndirib:
"Bakka cümə axşamı Avropa Liqasında keçiriləcək oyunda da meydana
çıxmayacaq. Aydındır ki, belə qərar gələcək transfer planına görə atılıb”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Bakka "Marsel”ə keçməyə
yaxındı. 30 yaşlı futbolçu "Milan”a 2015-ci ilin yayında "Sevilya”dan keçib. O,
ötən mövsüm A seriyasında keçirdiyi 32 oyunda 13 qol vurub.