• cümə axşamı, 25 aprel, 00:46
  • Baku Bakı 19°C

O, Messini ötüb birinci oldu

18.12.14 14:07 1041
O, Messini ötüb birinci oldu
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, idman jurnalistləri arasında aparılan səsverməyə əsasən, "Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel di Mariya ölkəni xaricdə ən yaxşı təmsil edən futbolçu olub. O, səsvermədə "Barselona"nın hücumçusu Lionel Messini qabaqlamağı bacarıb.
Argentina çempionatının ən yaxşı futbolçusu adına isə "Veles Sarsfild"in futbolçusu Lukas Pratto layiq görülüb.
Qeyd edək ki, di Mariya ötən mövsüm şərəfini qoruduğu "Real" Çempionlar Liqasının kubokunu və Argentina millisi ilə "DÇ-2014"ün gümüş mükafatını qazanıb.
banner

Oxşar Xəbərlər