• çərşənbə, 24 Aprel, 23:53
  • Baku Bakı 23°C

“O ölkədə hansı təbliğatın getdiyi hər kəsə bəllidir”

19.04.19 13:15 716
“O ölkədə hansı təbliğatın getdiyi hər kəsə bəllidir”
Macarıstanın MTK klubunun ukraynalı qapıçısı Artyom Kiçak Rusiya ilə Ukrayna arasındakı münaqişə barədə danışıb.
Kaspi.az xəbər verir ki, Kiçak Rusiyanın işğalçı ölkə olduğunu bildirib. O, heç vaxt bu ölkə klublarında oynamayacağını da vurğulayıb:
"Hazırda siyasət bizi tam olaraq əhatəyə alıb. Hara baxırsan, siyasətdir. "Siyasət idmana qarışmır” fikri yanlışdır.
Biz Rusiya ilə müharibə edirik. Rusiya işğalçıdır, bizim torpaqları işğal edib.
Rusiyanı müdafiə edən insanlarla söhbət etmək olduqca ağırdır. O ölkədə hansı təbliğatın getdiyi hər kəsə bəllidir. Əgər bir şəxs ki, bu təbliğatın təsiri altına düşübsə, onunla söhbət etmək çətindir.
Bircə onu bilirəm ki, Rusiya bizim üçün işğalçıdır. Müharibə bitməyənə, Rusiya torpaqlarımızdan çəkilməyənə qədər bu ölkəyə getmərəm”.
banner

Oxşar Xəbərlər