• cümə axşamı, 28 mart, 18:49
  • Baku Bakı 13°C

O, karyerasını bitirsə ölə bilər

02.04.17 19:19 791
O, karyerasını bitirsə ölə bilər
"Arsenal”ın baş məşqçisi Arsen Venger karyerasını bitirmək istəmədiyini bir daha bəyan edib. Kaspi.az xəbər verir ki, Venger məşqçilik karyerasını bitirsə, ölə biləcəyini deyib. O, hazırda daha böyük təzyiqlə üz-üzə qaldığını da vurğulayıb: "Mən getməyəcəm. Təqaüdə çıxmaq gənclərin işidir. Yaşlılar üçün təqaüdə çıxmaq isə ölümə bərabərdir. Karyeramı bitirsəm, ölə bilərəm. Əlbəttə, qələbəyə yenə də acam, lap Londona gəldiyim ilk vaxtlardakı kimi. İndi də mənə böyük təzyiq var, ancaq qələbə qazanmaq istəyim itməyib.
Mən "Arsenal”a gələndə klubda 70 nəfər işləyirdi, indi isə 700. Klubun bir səhmi 400 funt sterlinq idi, indi 18 min funtdu. Dərhal da qeyd edirəm, mənim bircə səhmim də yoxdur. Qorxu yoxdur. Sadəcə, istək və ümid var. Məğlub olmağa nifrət edirəm. Bu işdə 34 ildir çalışıram. Heç vaxt məğlub olacağını ağlına gətirməməlisən.
Azarkeşləri də, onların hər məğlubiyyətdən sonra keçirdikləri hissləri də anlayıram. Ancaq uğura nail olmaq üçün azarkeşlərlə bir yerdə olmaq vacibdir”.
banner

Oxşar Xəbərlər