• cümə, 26 Aprel, 00:33
  • Baku Bakı 16°C

“O, hər bir azərbaycanlının prezidentidir”

24.12.19 16:22 1976
“O, hər bir azərbaycanlının prezidentidir”
Rusiyanın tanınmış simaları prezident İlham Əliyevlə bağlı fikirlərini bölüşürlər

"Mən Ona özüm qədər inanıram”. Ümummilli lider Heydər Əliyevin prezident İlham Əliyev barəsində söylədiyi bu dahiyanə fikir bu gün özünü sözün tam mənasında doğruldub. Prezident İlham Əliyev bu gün tək postsovet məkanında deyil, ümumilikdə dünya miqyasında ən nüfuzlu dövlət başçılarından biridir. Yeri gəlmişkən, 58 yaşını qeyd edən dövlət başçısı barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrində dəfələrlə materiallar dərc olunub, onun apardığı daxili və xarici siyasət təqdir olunub. Qeyd olunur ki, məhz İlham Əliyevin prezidentliyi müddətində Azərbaycan tək regional deyil, beynəlxalq əhəmiyyətli layihələrə də imza atıb. Rusiyanın "Moskva-Baku” portalında dərc olunan materialda "İlham Əliyev bütün azərbaycanlıların prezidentidir” fikri ilə başlayır. Onun doğma dilindən başqa rus, ingilis, türk, fransız dillərində də danışdığı bildirilir. "Öz xalqının oğlu olan İlham Əliyev eyni zamanda beynəlmiləlçi, ümumbəşəri dəyərlərə sadiq bir insandır. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq qüdrətli Azərbaycanla, onun prezidenti ilə fəxr edir. Prezident İlham Əliyev həm də beynəlxalq müstəvilərdə heç kimdən, heç nədən çəkinmədən sistemli şəkildə Azərbaycanın maraqlarını böyük cəsarətlə müdafiə edir. Onun Azərbaycan sevgisi ölkənin daxilində də yaşından asılı olmayaraq bütün nəsillərin vətən davası təbliğatına qoşulması üçün gözəl bir örnək yaradır”, - deyə məqalədə bildirilir.
"Moskva-Baku” portalı Rusiya və dünyada tanınmış siyasilər, elm və mədəniyyət adamlarının İlham Əliyev barəsində fikirlərini də bölüşüb.

Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, "Azərbaycan postsovet məkanında ən dinamik inkişaf edən ölkələr sırasındadır. Makroiqtisadi sabitlik əldə olunub, yeni iş yerləri açılıb və açılmaqdadır. Bütün bunlar ölkədə həyata keçirilən islahatların nəticəsidir. Prezident İlham Əliyev və onun komandası siyasi, iqtisadi, sosial, mədəni reallıqlara və ölkənin tələbatlarına cavab verən dəyişiklikləri işləyib hazırlamağa və reallaşdırmağa müvəffəq olub. Sözsüz ki, bu proseslər Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlıq və geniş perspektivlər açır”.

Rusiya Dövlət Dumasında kommunist fraksiyasının rəhbəri Gennadi Züqanov "Bakı çox böyük şəxsiyyətləri dünyaya verib - Müslüm Maqomayev, kəşfiyyatçı Rixard Zorge, fizik Lev Landau, sahibkar Hacı Zeynalabdin Tağıyev bu uzun siyahının bir hissəsidir. Və bu siyahıda tam ləyaqətlə və tam hüquqla Azərbaycan üçün bir çox işlər görmüş İlham Əliyevin də adı var. İlham Əliyev mənəvi güc və qüvvə deməkdir. Mən ürəkdən arzu edirəm ki, bu güc xalqın rifahı naminə, onlara xeyir gətirmək naminə daha da artsın” deyib.

Rusiya Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyasının rəhbəri Vladimir Jirinovski isə hesab edir ki, İlham Əliyevin sayəsində Azərbaycan gündən-günə çiçəklənir. İnsanların həyat şəraiti günbəgün yaxşılaşır, dövlətin nüfuzu ilə yanaşı, iqtisadiyyat da günbəgün güclənir: "Mənim üçün böyük şərəfdir ki, İlham Əliyevlə şəxsən tanışam. O, Azərbaycanın ən çətin günlərində ona dayaq olmuş atasının yolu ilə addımlayır. Azərbaycan prezidenti Rusiyanın cənub sərhədlərində Yaxın Şərq və Cənubi Qafqazda əhəmiyyətli rol oynayır”.

Dumada təmsil olunan "Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironovun sözlərinə görə, Azərbaycan və Rusiyanı, iki ölkənin xalqlarını hər zaman isti, dost münasibətlər bağlayıb: "Görüşlərimizdə hər zaman İlham Əliyevin Rusiya və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsində hansı rolu oynadığını bəyan etmişəm. Bu gün bu münasibətlərin yüksək səviyyədə qalmasında İlham Əliyevin böyük əməyi və zəhməti vardır”.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, "uzaqgörən strateq, uğurlu siyasətçi İlham Əliyevin sayəsində Azərbaycan çox böyük uğurlara imza atıb. Effektiv peşəkarlıq xüsusiyyətləri və liderlik keyfiyyətləri sayəsində respublika keyfiyyətcə sosial-iqtisadi sahənin yeni mərhələsinə yüksəlib.


Dövlət Dumasının deputatı, üçqat olimpiya çempionu İrina Rodnina bildirir ki, "İlham Əliyev barəsində düz deyirlər ki, o öz atasının layiqli davamçısıdır. Müstəqil, özünü tanıdan və çox maraqlı dövlətin lideridir. Azərbaycan hakimiyyəti bütün dövlətlərlə yaxşı münasibətlər qurmağa nail olub. Bu gün Azərbaycan gözəldir, öz maraqlarını beynəlxalq arenada ləyaqətlə qoruyub saxlayır. İlham Əliyevin olimpiya hərəkatında fəaliyyətini xüsusi qeyd etmək istərdim. Biz yaxşı bilirik ki, dövlət başçısı qarşısında hansı məsuliyyətli vəzifələr durur. İnsan yüksək pillədə olanda ondan daha çox şey gözləyirlər. İdmançı kimi deyim: hər zaman qalib gəlmək çox çətindir, lakin ən ağırı əldə etdiyin nailiyyətləri qoruyub saxlamaqdır”.

"Oskar” laureatı, kinorejissor Nikita Mixalkov İlham Əliyevin bir çox yüksək keyfiyyətlərini sadalayıb. "Mən birgə görüşlərimizi çox yaxşı xatırlayıram və ümid edirəm ki, onlar davam edəcək. Çünki mən ünsiyyət qurmağı çox xoşlayıram. Faydalı olmaq üçün çox çalışıram”, - deyə bildirib.

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov hesab edir ki, "istənilən ölkələr arasında hər zaman fikir ayrılıqları, ziddiyyətlər olur. Belə fikir ayrılıqları postsovet ölkələri arasında da mövcuddur. Lakin Azərbaycan və Rusiyanın çox müdrik rəhbərləri var və bu sarıdan bizim bəxtimiz gətirib. Bir sıra tərəfdaş dövlətlərimiz arasında fikir ayrılıqları olub. Lakin Azərbaycan və Rusiya dostluğu qoruyub saxlayıb, hər zaman istənilən məsələni həll etməyə çalışırlar. Başa düşürlər ki, bir zamanlar bir ailədə, dövlətdə təmsil olunublar. İlham Əliyev bunu gözəl başa düşür. O, bütün nüansları başa düşür – dostluğun, əməkdaşlığın, dövlətin, maraqların nə olduğunu bilir. Münasibətləri qarşılıqlı əməkdaşlıq, milli maraqlar naminə qurmağı bacarır. Bu siyasi rəhbərin istedadıdır. İlham Əliyev gözəl ölkənin gözəl prezidentidir. Ona böyük hörmətlə yanaşmamaq olmur”.

"İzborsk klubu”nun sədri, yazıçı Aleksandr Proxanov bildirib ki, İlham Əliyevlə ünsiyyət onda böyük təəssürat yaradır: "Azərbaycan prezidentini yüksək intellektə malik bir liderdir. Mən Azərbaycanı gəzərkən ağlıma belə bir fikir gəldi ki, İlham Əliyev yeni dövlətin quruculuğu ilə məşğul olarkən özü gündən-günə inkişaf edən yeni dövlətlə birlikdə yüksəlir”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi bildirir ki, "İlham Heydər oğlu Əliyevə Rusiya və Azərbaycan arasında əməkdaşlığı yüksək səviyyəyə qaldırdığı üçün təşəkkür edirəm. Bu, həqiqətən də qlobal məsələdir. Xüsusən də, onun bizim universitetə olan münasibətinə görə təşəkkür ona edirəm. O bir neçə dəfə universitetdə olub, universitetin professorudur. Onun təşəbbüsü ilə Bakıda universitetin filialı açılıb. İlham Heydər oğlu görkəmli insandır. Onunla elmi mövzulardan da danışmaq mümkündür, böyük siyasətçi və diplomatdır. Ən əsası, çox yaxşı insandır. İlham Əliyevin Rusiya və universitetimizə mehriban və yaxşı münasibəti var. Bu keyfiyyətlər onu bir şəxsiyyət kimi ən yüksək səviyyəyə yüksəldir. Ona çox böyük hörmət bəsləyirəm və xoşbəxtəm ki, ölkələrimiz üçün əhəmiyyətli məsələlərlə bağlı belə bir insanla ünsiyyət qurmaq xoşbəxtliyim olub”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər