• cümə axşamı, 25 aprel, 09:18
  • Baku Bakı 14°C

O, heç nədən qorxmur

19.12.18 12:45 787
O, heç nədən qorxmur
"İnter”in idman direktoru Pyero Auzilio komandanın hücumçusu Mauro İkardi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Pyero İkardidən razı olduqlarını bildirib. O, argentinalı hücumçunun "Yuventus”a keçəcəyi barədə yayılan məlumata da münasibət bildirib:
"Biz İkardidən razıyıq. O, həmişə məsuliyyəti öz üzərinə götürür, heç nədən qorxmur. Həmişə səmimi və açıq danışmışam. Biz İkardiyə müqavilənin uzadılması ilə bağlı son təklifi iki ay əvvəl etmişik. Amma o, bu təklifi qəbul etməyib.
Ancaq bu o demək deyil ki, irəliləyiş olmayacaq. Biz danışıqları bərpa etmək, əməkdaşlığımızı davam etdirmək istəyirik. Onu "Yuventus”a satmaq istədiyimizlə bağlı yayılan məlumata isə münasibət bildirməyi belə yersiz hesab edirəm. Buna sadəcə gülürəm.
Milad bayramından əvvəl pis şeylər haqda danışmaq istəmirəm. Sevinclə bildirirəm ki, İkardi heç vaxt "Yuventus”a keçməyəcək.
banner

Oxşar Xəbərlər