O getsə, MY-də hər şey qaydasına düşəcək?
"Mançester
Yunayted”in sabiq futbolçusu Qari Nevill "Mançester Yunayted”i ciddi problemlərin
gözlədiyini bildirib.
Kaspi.az xəbər
verir ki, Nevil bu problemlərin Pol Poqbadan qaynaqlanacağını da vurğulayıb. O,
deyib ki, Poqba MY-dən getsə, hər şey qaydasına düşəcək:
"Bu situasiyaya
müxtəlif tərəflərdən baxmaq olar. İlk növbədə onu deyim ki, Poqba çox istedadlı
futbolçudur. Ancaq mən ondan daha çox şey, o cümlədən liderlik gözləyirdim.
"Yunayted”in
fanatı kimi deyirəm, heç kim klubdan böyük ola bilməz. Mənim komandamda, getmək
istəyənlərin saxlanılmasının da əleyhinəyəm.
Poqba qaldıqca,
MY-də problemlər olacaq. Ey, Pol, əgər sən başqa klubda oynamaq istəyirsənsə, gəl
bunu həyata keçirək. Sən getsən, MY-də hər şey qaydasına düşəcək”.
Pol Poqba ilə
MY-nin baş məşqçisi Joze Mourinyonun münasibətləri qaydasında deyil.
Futbolçunun başqa komandaya keçmək istədiyi iddia olunur.