• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

O getsə, MY-də hər şey qaydasına düşəcək?

14.09.18 11:20 784
O getsə, MY-də hər şey qaydasına düşəcək?
"Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill "Mançester Yunayted”i ciddi problemlərin gözlədiyini bildirib.
Kaspi.az xəbər verir ki, Nevil bu problemlərin Pol Poqbadan qaynaqlanacağını da vurğulayıb. O, deyib ki, Poqba MY-dən getsə, hər şey qaydasına düşəcək:
"Bu situasiyaya müxtəlif tərəflərdən baxmaq olar. İlk növbədə onu deyim ki, Poqba çox istedadlı futbolçudur. Ancaq mən ondan daha çox şey, o cümlədən liderlik gözləyirdim.
"Yunayted”in fanatı kimi deyirəm, heç kim klubdan böyük ola bilməz. Mənim komandamda, getmək istəyənlərin saxlanılmasının da əleyhinəyəm.
Poqba qaldıqca, MY-də problemlər olacaq. Ey, Pol, əgər sən başqa klubda oynamaq istəyirsənsə, gəl bunu həyata keçirək. Sən getsən, MY-də hər şey qaydasına düşəcək”.
Pol Poqba ilə MY-nin baş məşqçisi Joze Mourinyonun münasibətləri qaydasında deyil. Futbolçunun başqa komandaya keçmək istədiyi iddia olunur.
banner

Oxşar Xəbərlər