• cümə, 29 Mart, 17:23
  • Baku Bakı 14°C

“O gedirsə, mənim burda nə işim var?”

13.07.17 13:40 1452
“O gedirsə, mənim burda nə işim var?”
PSJ-nin yeni transferi Dani Alves komanda yoldaşı Marko Verrattinin Paris klubundan ayrılma ehtimalına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Alves Verrattinin PSJ-də qalacağına inandığını deyib. O, PSJ-yə Verrattiyə görə gəldiyini vurğulayıb:
"Mən bura ona görə gəlmişəm ki, Marko ilə bir yerdə oynaya bilim. Əgər o getsə, mənim burda nə işim var?
Baxın, mənim ona məsləhətim belədir: istəyirəm ki, arzularımızın reallaşması üçün bizə kömək etsin.
Komandada yaxşı futbolçuların sayı nə qədər çox olacaqsa, uğur qazanmaq şansı da bir o qədər çox olacaq”.
Verratti ilə "Barselona” ciddi maraqlanır.
banner

Oxşar Xəbərlər