• çərşənbə, 24 Aprel, 06:26
  • Baku Bakı 13°C

O dünyada hakimlərdən hesab soracaq

03.04.19 12:30 616
O dünyada hakimlərdən hesab soracaq
"Arsenal”ın baş məşqçisi Arsen Venger Premyer Liqa xatirələrini danışıb.
Kaspi.az xəbər verir ki, Venger məğlubiyyətsiz oyunlar seriyasının qırılmasına görə hakimləri ittiham edib. Venger o dünyada bunun hesabını soracağını da vurğulayıb:
"Bizim məğlubiyyətsiz oyunlar seriyamız "Mançester Yunayted”lə oyunda qırıldı. Ancaq bunun baiskarı hakimlər idi. Öləndən sonra o dünyada bunun hesabını soracağam.
Cənnətlə cəhənnəm arasında seçim edərkən Allaha "hakimlər hanı” sualını verəcəyəm. Çempion olduğumuz mövsümdən əvvəl səfər oyunlarını məğlubiyyətsiz başa vurduq. Titulu isə evdə əldən verdik.
Çempion olduğumuz mövsümdə isə titulu sona 5 tur qalmış təmin etdik. Yadımdadır, uşaqlara belə dedim: "Tarixdə qalıb-qalmaq istəyinizlə bağlı özünüz qərar verin”. Onlar da bunu etdilər, Premyer Liqada məğlubiyyət almadan qalib gəldilər”.
"Arsenal”ın məğlubiyyətsiz seriyası 49 oyun olub.
banner

Oxşar Xəbərlər