• cümə, 29 Mart, 02:55
  • Baku Bakı 7°C

O da narazıdır, getmək istəyir

10.04.18 15:20 900
O da narazıdır, getmək istəyir
"Mançester Yunayted”in futbolçusu Markos Raşford durumundan narazıdır.
Kaspi.az xəbər verir ki, Raşford az oynamasına görə narahatdır. O, yayda MY-ni tərk etməyi də planlaşdırır.
Məlumata görə, 20 yaşlı futbolçu "Siti” ilə oyundan sonra "Mançester Yunayted”i tərk etmək variantına daha ciddi yanaşır. O, Mançester derbisində cəmisi 8 dəqiqə oynamaq imkanı qazanıb ki, bundan da narazı qalıb.
Raşford son 16 oyunda cəmisi 5 qarşılaşmada start heyətində meydana çıxıb. Ümumilikdə isə bu mövsüm keçirdiyi 29 oyunun 14-də əsas heyətdə yer alıb. O, bu qarşılaşmalarda 6 qol vurub, 5 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər