• çərşənbə, 24 Aprel, 10:56
  • Baku Bakı 13°C

O, “Bavariya”da işləmək istəmir

30.10.17 13:14 1110
O, “Bavariya”da işləmək istəmir
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv "Bavariya”nı çalışdırmaq niyyətində deyil.
Kaspi.az xəbər verir ki, mətbuatda məlumat yayılmışdı ki, DÇ-2018-dən sonra Löv "Bavariya”da işləyəcək. Mütəxəssis bu məsələ ilə bağlı açıqlama verərək, belə bir niyyətinin olmadığını deyib:
"Klubda işləmək? Bu variantı nəzərdən keçirmirəm. Bəli, nə vaxtsa demişəm ki, klub futbolunda çalışmaq istəyirəm. Çünki mən hər gün işləməyi sevirəm.
Ancaq mənim Almaniya yığması ilə müqaviləm 2020-ci ilə qədər nəzərdə tutulub. Qarşıda isə dünya çempionatı var”.
Karlo Ançelottinin istefasından sonra "Bavariya”nın "sükanı” arxasına gətirilən Yupp Haynkeslə müqavilə 2018-ci ilin iyununa qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər