• cümə axşamı, 28 mart, 15:04
  • Baku Bakı 16°C

“O, “Bavariya” ilə ÇL-i qazana bilmədi, bu isə...”

21.05.19 13:15 541
“O, “Bavariya” ilə ÇL-i qazana bilmədi, bu isə...”
"Barselona”nın sabiq futbolçusu Samuel Eto Joze Mourinyo ilə Xosep Qvardiolanı müqayisə edib.
Kaspi.az xəbər verir ki, Samuel bu məşqçilərin hər birinin rəhbərliyi altında oynayıb. O, portuqaliyalını daha güclü mütəxəssis hesab etdiyini bildirib:
"Əslində onları müqayisə etmək düzgün deyil. Çünki biri "Bavariya”a ilə Çempionlar Liqasını qazana bilmədi. Biri isə bunu "Portu”da bacarmışdı.
Samuel 2008/2009 mövsümündə "Barselona”da Qvardiolanın rəhbərliyi altında oynayıb. Həmin mövsüm "Barsa” "Mançester Yunayted”i 2:0 məğlub edərək, ÇL-in qalibi olub. Kamerunlu futbolçu qollardan birinin müəllifi olub.
Samuel 2009-cu ildə "İnter”ə keçib. Orda Joze Mourinyonun rəhbərliyi altında daha bir dəfə ÇL-in qalibi olub.
banner

Oxşar Xəbərlər