• çərşənbə axşamı, 19 mart, 06:02
  • Baku Bakı 8°C

O, Azərbaycan yığmasına qarşı oynamayacaq

19.09.17 11:05 957
O, Azərbaycan yığmasına qarşı oynamayacaq
Almaniya millisinin və "Bavariya”nın qapıçısı Manuel Noyer sıradan çıxıb.
Kaspi.az xəbər verir ki, 31 yaşlı qolkiper məşq zamanı zədələnib. Bu barədə məlumatı Almaniyanın "Bild” nəşri yayıb. Müayinə zamanı qolkiperin sol ayağında qırıq aşkar olunub. Noyerin tezliklə əməliyyat olunacağı da vurğulanıb. O, bir neçə ay yaşıl meydandan kənarda qalacaq.
Xatırladaq ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir. Bundestim oktyabrın 8-də yığmamızı qəbul edəcək. Bərpası bir neçə ay çəkəcək Noyer millimizlə oyunu buraxmalı olacaq.
banner

Oxşar Xəbərlər