AZE | RUS | ENG |

O, Azərbaycan çempionatında rekord vurdu

O, Azərbaycan çempionatında rekord vurdu
“Neftçi” klubunun futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub. Kanales Azərbaycan Premyer Liqasının XXV turunun “Qarabağ”la oyununda fərqlənməklə, vurduğu qolların sayını 21-ə çatdırıb. O, bu qolla “Kəpəz”in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub. Fevralın 23-də XXI turun “İnter”lə oyununda qol vurmaqla 20-yə çatan Kanales sonrakı 3 matçda qol həsrəti yaşamışdı. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu ilk “altılığ”ın 3-cü turunda rəsmiləşdirdi. Azərbaycan çempionatında 1 mövsümə ən çox qol vuran 5 futbolçu oyun qol 1 Nikolas Kanales Neftçi (Bakı) 2012/13 Çili 25 21 2 Badri Kvaratsxeliya Kəpəz (Gəncə) 1997/98 Gürcüstan/Azərbaycan 22 20 3 Georgi Adamiya Qarabağ (Ağdam) 2010/11 Gürcüstan 30 18 4 Oqtay Dərəlioğlu Xəzər Lənkəran 2004/05 Türkiyə 21 17 5 Valter Quqlemon İnter (Bakı) 2008/09 Uruqvay 24 17

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798