• cümə, 19 Aprel, 22:39
  • Baku Bakı 24°C

O arzuya doğru kiçik addım atdıq - Terim

19.09.18 10:53 580
O arzuya doğru kiçik addım atdıq - Terim
"Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasında "Lokomotiv”lə keçirilən oyundan (3:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Terim komandasının oyunundan razı qaldığını deyib. Ancaq o, səhvlərin də olduğunu vurğulayıb:
"Oyun haqqında danışsaq, yaxşı qarşılaşma alındığını deməliyəm. Əlbəttə, bir neçə səhvimiz də oldu. "Lokomotiv” oyunun əvvəlində bir qədər passiv təsir bağışladı.
Bəli, biz bir oyunda 3 qolu tez-tez vurmuruq. Azarkeşlərimizi də qələbə münasibəti ilə təbrik edirəm.
Nəzərə almaq lazımdı ki, evdə oynayırdıq. Futbol bir qədər də şahmata bənzəyir. Biz böyük futbola qayıtmağı arzulayırdıq. Bu gün o arzuya doğru kiçik bir addım atdıq”.
banner

Oxşar Xəbərlər