• cümə axşamı, 25 aprel, 04:33
  • Baku Bakı 19°C

“O, almanlara sürətli futbol oynamağı öyrədən adamdır”

14.03.19 12:30 620
“O, almanlara sürətli futbol oynamağı öyrədən adamdır”
"Bavariya”nın sabiq prezidenti Frants Bekkenabuer Yurgen Kloppun "Bavariya”nın baş məşqçi postunda olmasını istəyir.
Kaspi.az xəbər verir ki, Bekkenbauer bu istəyini "Sky Sports”un efirində verib. O, Kloppun almanlara sürətli futbol oynamağı öyrətdiyini də vurğulayıb:
"Klopp "Bavariya”nın baş məşqçisi? Bu, əla olardı. İstəyirəm ki, Yurgen gələcəkdə "Bavariya”nın "sükanı” arxasında olsun. O, almanlara sürətli futbol oynamağı öyrədən adamdır”.
Klopp "Liverpul”a 2015-ci ildən başçılıq edir. Yurgen almaniyda 4 il Dortmund "Borussiya”sını çalışdırıb. Komanda onun rəhbərliyi altında 2 dəfə Bundesliqanın qalibi olub.
banner

Oxşar Xəbərlər