• cümə axşamı, 28 mart, 19:24
  • Baku Bakı 13°C

O, Almaniya yığmasının oyununu bəyənmir

28.11.17 12:20 1975
O, Almaniya yığmasının oyununu bəyənmir
Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-də iştirak edəcək bir neçə komanda barədə fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Sampaoli mundialın favoritləri barədə də danışıb. O, Almaniya yığmasının oyununu bəyənmədiyini də vurğulayıb:
"Mənə görə, Braziliya, İspaniya və Fransa Argentina yığmasını bir addım qabaqlayır. Çünki onların işləmək üçün daha çox vaxtı olub.
Almaniya yığmasını unutmamışam. Sadəcə, oyununu bəyənmədiyim üçün adını çəkmədim. Bizim oyun sistemimiz dəyişə bilər.
Biz 6 futbolçu ilə hücum etməyə, 4 futbolçu ilə müdafiə olunmağa hazırlaşırıq. Amma hər şey rəqibdən asılıdır. Hərdən 2-3-2-3 sistemi ilə də oynaya bilərik”.
banner

Oxşar Xəbərlər