O, ABŞ-ın da “Şöhrət zalı”na düşməyə namizəddir
ABŞ futbolunun "Şöhrət zalı”na düşmək üçün namizədlərin siyahısı
müəyyənləşib.
Kaspi.az xəbər verir ki, siyahıda 33 futbolçu yer alıb. İngiltərə
futbolunun əfsanəsi Devid Bekhemin də adı siyahıda var. O, MLS-də 6 mövsüm
keçirib.
2007-ci ildə "Los-Ançeles Qelaksi”yə keçən Bekhem 2 dəfə (2011, 2012)
MLS-in qalibi olub. Səsvermə yığmanın və klubların məşqçiləri, federasiya
rəsmiləri, indiyə qədər "Şöhrət zalı”na düşən şəxslər və mətbuat nümayəndələri
arasında keçiriləcək.
Hər bir şəxs 10 namizədin adını qeyd edə biləcək. "Şöhrət zalı”na
düşmək üçün ən azı 66,7 faiz səs toplamaq lazımdı.