• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

Nyu-Yorkda zorakılığa etiraz aksiyası

16.04.15 06:28 1088
Nyu-Yorkda zorakılığa etiraz aksiyası
Dünyada sabitlik və təhlükəsizliyin qarantı kimi çıxış etməyi xoşlayan və bu sahədə hamıya “dərs keçməyə” alışmış Amerika Birləşmiş Ştatları bir müddətdir ki, ciddi problemlərlə üzləşib. Polislə vətəndaşlar, daha dəqiq desək, qaradərili insanlar arasında qarşıdurma halları səngimir. Növbəti belə hal Nyu-Yorkda baş verib. Yüzlərlə vətəndaş polisin insanlara qarşı zorakılığına etiraz etmək üçün aksiya keçiriblər. “Associated Press”ın yaydığı məlumata görə, nümayişçilər etiraz zamanı daha əvvəl saxlanılarkən polis tərəfindən öldürülən Erik Qarner və Uolter Skotun adını səsləndiriblər. Aksiya Manhettenin ən böyük meydanlarından biri olan “Union Square”də başlayıb, daha sonra onlar Bruklin körpüsündən keçərək, avtomobillərin hərəkətinə qismən maneə törədiblər. Aksiya təşkilatçıları analoji tədbirin ABŞ-ın 28 rayonunda keçirildiyini qeyd ediblər.
Son vaxtlar ABŞ-da polisin öldürdüyü qaradərili amerikalıların sayı artıb. Xüsusilə afroamerikalı Erik Qarnerin Nyu-Yorkda saxlanılarkən polis tərəfindən boğulması və Missuri ştatında Maykl Braunun polis tərəfindən güllələnməsi əhali arasında xüsusi narahatlıq yaradıb. Sonuncu hadisə isə bu ilin aprelində Cənubi Karolina ştatında Çarlston şəhərində baş verib. Həmin vaxt polis Maykl Sledcer 50 yaşlı silahsız yerli sakin Uolter Skotun kürəyinə 50 dəfə atəş açıb. Polis qaradərili amerikalının onun elektroşok cihazını götürdüyünü və öz həyatı üçün qorxduğundan ona atəş açdığını bildirib. Lakin yayılan videogörüntüdə hadisə zamanı ölən şəxsin silahsız olduğu görünür.
İş o yerə çatıb ki, ABŞ-ın nüfuzlu mətbu orqanları da bu məsələni qabartmağa başlayıblar. Bu ölkənin nüfuzlu “Vaşinqton Post” qəzeti “Minlər həlak olsa da, həbs edilən tək-tükdür” başlıqlı məqaləsində qaradərili insanların polislərin qurbanına çevrilmələrinə baxmayaraq, sonuncuların cəzasız qalmalarını qabardıb. Məqalədə qeyd edilir ki, bir neçə il bundan əvvəl “Dyuk” ləqəbli Koulman Brekni adlı polis əməkdaşı sərxoş olduğu şübhə doğuran sürücünü izləyir. Sürücünü saxlayan polis əməkdaşı qəfildən 41 yaşlı Ceyms Axerni gülləbaran edir. Axern yerindəcə ölür. Prokurorluq Breknini qətldə ittiham edir. Lakin o, cəzasının yüngülləşdirilməsi xahişi ilə müraciət edir və nəticədə məhkəmə onun xahişini yerinə yetirir. Hazırda bu şəxs qətli həyata keçirdiyi şəhərin 30 km-də yerləşən kiçik bir şəhərin polis idarəsinin rəisi vəzifəsində çalışır. Brekni son ildə vəzifə səlahiyyətlərini icra edən və ölümlə nəticələnən hadisəyə yol verən 54 polis əməkdaşından biridir. Bu qənaətə “Vaşinqton Post” qəzetinin əməkdaşları və Boulinq-Qrin şəhərində yerləşən Qərbi Kettukki Universitetindən olan tədqiqatçılar gəliblər. Bu məsələ ilə bağlı analiz keçirən qrup böyük həcmdə sənədləşmə işləri aparıb, istintaq dindirilmələrinə qulaq asıb, hüquq-mühafizə orqanları əməkdaşları ilə müsahibələr etməklə yanaşı, hüquq və məhkəmə sistemi üzrə ekspertlərlə görüşüblər. Özlərinin analizində ilk dəfə onlar 2005-ci ildən bu yana bu cür gülləbaranlara yol vermiş polisləri üzə çıxarmağa çalışıblar. Məlumat üçün bildirək ki, bu, ölkədə bu müddət ərzində ölümlə nəticələnən minlərlə hadisənin yalnız kiçik bir hissəsidir. Bu hadisələrin böyük bir qismində polislərin gülləbaran etdiyi şəxslərin silahı olmayıb. Lakin bu son deyil. “Vaşinqton Post” qəzeti üzə çıxarıb ki, prokurorluq ittihamı elan edən zaman ortaya əlavə məsələlər üzə çıxıb. Bir çox hallarda qurbanları kürəyindən vurublar. Özü də bu faktı çox halda istintaq gizlətməyə çalışıb. 43 halda bu faktorlardan minimum birinə rast gəlmək mümkündür. 19 halda isə bu faktorların ən azı ikisinə rast gəlmək mümkün olub. Sonuncu bir misal - Nort-Çarlstonun hakimiyyət orqanları bəyan ediblər ki, Cənubi Karolinada ağdərili polis zabiti Maykl Sleydjer silahsız qaradərili şəxsi güllələyib. Videoyazıdan görünür ki, M.Sleydjer qaçan şəxsə bir neçə dəfə arxadan güllə atır. Qəzet müəyyən edir ki, cinayətləri müəyyən edilən polislər əksər hallarda məsuliyyətə cəlb edilməyiblər. Onların cinayətləri sübuta yetirildiyi halda isə günahlarını boyunlarına alaraq, xırda cəzalarla canlarını qurtara bilirlər. Onların ən çox aldıqları cəza 4 il, hətta bir neçə həftə olur. Hakimlər heyəti də polislərə qarşı könülsüz qərar çıxarırlar. Silahsız qurbanlara qarşı qalmaqallı faktlar (Ferqyusonda Maykl Braunun, Klivlenddə Tamir Rays və Steyten Aylentddə Erik Qarnerin qətli) bir sıra suallar ortaya çıxarır. Polis əməkdaşı atəş açmazdan əvvəl həmin şəxsə hansı maddələr üzrə ittiham olunduğunu bildirməlidir. Cəmiyyətdə polisin düzgün hərəkət edib-etmədiyi barədə vahid mövqe da yoxdur. Yalnız nadir hallarda məhkəmə heyəti qətlin təmizə çıxarılmasının mümkünsüz olduğu barədə qərar çıxarıb. Buna əyani bir misal. Miçiqanda polis Detroytdan olan kimsəsiz bir qocanı vurub öldürür. Polis elə bilir ki, bomj silahlıdır. Buna görə polisi ikinci dərəcəli qətldə günahkar bilirlər. Və həmin polis indi də xidmətini həyata keçirir. Digər bir misal - Cənubi Karolinada polis zabiti oğurluqda günahkar bilinən şəxsi öldürüb. Məhkəmə bu halda da onu təmizə çıxarıb. Atlantada mülki geyimdə olan iki polis 92 yaşlı qadını qətlə yetirib. Qadın narkotika axtarışı ilə səhvən onun evinə daxil olan bu şəxslərə köhnə tüfəngdən atəş açır və bu zaman həmin polislər onu öldürürlər. Özü də ona 39 dəfə atəş açırlar. Bu zaman polislər səhvlərini düzəltmək üçün qadının evinə marixuana dolu paket atırlar. Hər iki polis günahlarını boyunlarına alırlar və nəticədə 10 il həbs cəzası alırlar.
Qəzet sonda belə bir nəticəyə gəlir ki, insan haqlarına riayət edilməsindən sapınmalar kütləvi hal alır və bu kimi hallara qarşı mübarizə aparılmasa, cəmiyyətdə narazılıq dalğası güclənəcək.
Kamran
banner

Oxşar Xəbərlər