AZE | RUS | ENG |

Nyu-Yorkda ötən il rekord sayda az qətl hadisəsi qeydə alınıb

Nyu-Yorkda ötən il rekord sayda az qətl hadisəsi qeydə alınıb
2018-ci ildə Nyu-York şəhərində baş verən qətl hadisələrinin sayı rekord miqdarda azalıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polisin məlumatına əsasən, 8,6 milyon insanın yaşadığı şəhərdə ötən il ölümlə nəticələnən 289 cinayət hadisəsi qeydə alınıb. 2017-ci ildə isə meqapolisdə 292 qətl hadisəsi törədilmişdi. Bununla yanaşı, Nyu-Yorkda qətllərin sayı 28 ildir ki, mütəmadi olaraq azalır.
Həmçinin ötən il şəhərdə atışma ilə nəticələnən insidentlərin sayı 800-dən az olub (2017-ci ildə 900-dən çox). Qarət və oğurluq halları isə təxminən 8 faiz azalıb.
Nyu-Yorkda qətllərin ən çox müşahidə edildiyi 1990-cı illərdə şəhərdə hər il orta hesabla 2 mindən çox insan öldürülürdü.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311