• cümə, 29 Mart, 11:10
  • Baku Bakı 5°C

Nyu-Yorkda keçirilən yürüşdə “Bakı 2015”in stendi sərgilənib

18.05.15 11:25 797
Nyu-Yorkda keçirilən yürüşdə “Bakı 2015”in stendi sərgilənib
ABŞ-ın Nyu-York şəhərində keçirilən ənənəvi 34-cü Türk Günü Yürüşündə “Bakı 2015” ilk Avropa Oyunları təbliğ olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nyu-Yorkun Mahnetten səmtində minlərlə insanın iştirakı ilə baş tutan yürüşdə Azərbaycan diasporu “Bakı 2015” Birinci Avropa Oyunlarını Nyu-York sakinlərinə və şəhərin qonaqlarına təqdim edib. Belə ki, oyunların loqosu əks olunmuş mobil stend yürüş boyu bir neçə saat ərzində şəhərin mərkəzi prospekti ilə hərəkət etdirilib. 34-cü Türk Günü Yürüşünə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr qatılıb.
Yürüşdə türkdilli xalqların diaspor təşkilatları, o cümlədən Azərbaycan Nyu-York Assosiasiyası fəal iştirak edib. Yürüşə əsasən milli geyimdə qatılan diaspor fəalları əllərində Azərbaycan, Türkiyə, ABŞ bayraqları və Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən şüalarla yürüş ediblər.
Türk Günü Yürüşündə türk milli rəqs qrupları və musiqiçiləri maraqlı çıxışlar edib. Qeyd edək ki, hər il Türk Günü Yürüşünə qatılmaq üçün ABŞ-ın müxtəlif ştatlarında yaşayan türkdilli xalqların minlərlə nümayəndəsi Nyu-York şəhərinə gəlir.
banner

Oxşar Xəbərlər