• cümə axşamı, 28 mart, 23:22
  • Baku Bakı 13°C

Nyu-Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib

24.05.17 20:15 888
Nyu-Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
Nyu-Yorkda keçirilən 36-cı Türk Günü və Festivalı çərçivəsində Manhettenda izdihamlı yürüş təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Nadiya Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak ediblər.
Nadiya Zöhrə Şərifi tədbirdə dünyada yaşayan 200 milyona yaxın türkün 50 milyonundan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini vurğulayıb. O, hər il yürüş keçirməklə dünyaya, bütün türklərə birlik mesajı verdiklərini deyib. "Gəlin, yaxın olaq, bir olaq və birlikdə güclü olaq. Çünki biz güclü olsaq, bütün türk millətləri güclü olacaq”, – deyə N.Şərifi vurğulayıb.
Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıblar. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendəki Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.
banner

Oxşar Xəbərlər