• cümə axşamı, 18 aprel, 20:33
  • Baku Bakı 21°C

Nyu Yorkda erməni təxribatına etiraz

11.04.16 11:46 993
Nyu Yorkda erməni təxribatına etiraz
BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutak aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.
Xeyli sayda türk və azərbaycanlının iştirak etdiyi mitinqdə "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağa ədalət!", "Vətən, biz səninləyik!", "Ermənistan işğalçıdır!" şüarlarını səsləndirilib.
Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.
Etiraz aksiyası ilə eyni vaxtda BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında erməni lobbisinin nümayəndələri tərəfindən müdaxiləyə cəhd edilsə də, nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.
banner

Oxşar Xəbərlər