• şənbə, 20 Aprel, 12:13
  • Baku Bakı 23°C

Nyu-Yorkda dəhşətli partlayış: 2 bina çökdü, 2 ölü, 17 yaralı

12.03.14 18:58 1290
Nyu-Yorkda dəhşətli partlayış: 2 bina çökdü, 2 ölü, 17 yaralı
ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində 6 mərtəbəli binada partlayış olub. Milli.Az NBC New York-a istinadən bildirir ki, Şərqi Harlemdəki 116-cı küçə və Park-Avenyunun kəsişməsində yerləşən bina partlayış nəticəsində dağılıb.
İlkin məlumatlara görə, partlayışdan sonra binada güclü yanğın başlanıb.
FOXNews yanğında 11 nəfərin yaralandığını bildirir.
PIX11-in məlumatına görə, binanın xarabalıqları altında adamlar qala bilər. Binada partlayışın səbəbinin qaz sızması olduğu vurğulanır.
Milli.Az The New York Times-a istinadən bildirir ki, partlayış nəticəsində iki bina çöküb. Partlayışda 2 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Hazırda binaların dağıldığı yerdə yanğın var. Prlis Leksinqton Avenyuya qədər yolları bağlayıb.
Nyu-York metrosunun "Metro-North Railroad" və "Grand Central Terminal" stansiyaları da bağlanıb. Metronun fəaliyyətində də problemlər yaranıb, çünki partlamış binaların parçaları dəmiryol relslərinin üzərinə düşüb.
CBS-New York xəbər verir ki, partlamış binalardan birində kilsə yerləşirdi. Digər binanın ilk qatında fortepiano təmiri emalatxanası, üst qatlarda isə mənzillər vardı.
banner

Oxşar Xəbərlər