• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

Nyu-Yorkda daha 109 nəfər koronavirus infeksiyasından ölüb

24.05.20 21:30 600
Nyu-Yorkda daha 109 nəfər koronavirus infeksiyasından ölüb
ABŞ-ın Nyu-York ştatında son bir sutkada koronavirusdan 109 nəfər ölüb, bundan əvvəlki gün isə 84 nəfər ölmüşdü. Bu günədək virusdan ölənlərin sayı 23 282 nəfərdir.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo bildirib.
Bildirilir ki, bir müddət əvvələ qədər Nyu-Yorkda koronavirusla bağlı vəziyyət digər ştatlarla müqayisədə daha pis idi. Ən ağır günlərdə burada sutka ərzində 700-dən çox adam koronavirusun qurbanına çevrilirdi, xəstəxanalara 3000-dən çox xəstə yerləşdirilirdi. Son məlumata görə, ştatda xəstəxanaya 200-dən bir qədər çox koronaviruslu xəstə daxil olub.
Cons Hopkins Universitetinin son açıqlamasında qeyd edilir ki, ABŞ-da ümumilikdə 1,6 milyondan çox koronavirusa yoluxma və 98 mindən çox virusdan ölüm faktı qeydə alınıb. 440 mindən çox amerikalı isə müalicə olunaraq sağalıb.
banner

Oxşar Xəbərlər