• cümə, 19 Aprel, 08:39
  • Baku Bakı 13°C

Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

25.09.18 12:37 359
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.
Xarici İşlər NazirliyindənAZƏRTAC-a bildiriblər ki, görüşlərdə Azərbaycan-Yunanıstan və Azərbaycan-Qana əlaqələrinin mövcud səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər