• cümə axşamı, 25 aprel, 10:27
  • Baku Bakı 14°C

Növbəti Şopinq Festivalında alıcılara 800-dən çox mağaza xidmət göstərəcək

05.04.18 18:02 788
Növbəti Şopinq Festivalında alıcılara 800-dən çox mağaza xidmət göstərəcək
Azərbaycan Konqreslər Bürosu 17-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər” ("AITF 2018”) sərgisində iştirak edir. Büronun nümayəndələri sərgi zamanı qonaqlara və iştirakçılara mayın 1-dən 31-dək keçiriləcək növbəti Bakı Şopinq Festivalı barədə ətraflı məlumat verəcək. MICE turizmi sahəsində əməkdaşlıq etmək istəyən şirkət nümayəndələri və Bakı Şopinq Festivalına qoşulmaq istəyən biznes sahibləri Bakı Ekspo Mərkəzində Azərbaycan Konqreslər Bürosunun stendinə yaxınlaşa bilərlər.
AZƏRTACxəbər verir ki, Azərbaycan Konqreslər Bürosu "AITF-2018” sərgisi üçün xüsusi olaraq Azərbaycanın MICE potensialının artırılması məqsədilə ingilis dilində "Azerbaijan Planner’s Guide” kataloqunu hazırlayıb. Burada Bakı və Azərbaycanın bütün bölgələrinin işgüzar turizm sahəsində yaratdığı imkanlar barədə geniş məlumat verilir. Kataloqlahttp://azcb.com/azerbaijan-meeting-planner-s-guidelinkində tanış olmaq mümkündür.
"AITF” sərgisi Azərbaycan turizm sənayesinin ən böyük tədbiridir. Sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirərək turizm sektorundakı yeniliklərlə tanışlıq, görüşlərin keçirilməsi, tərəfdaşlıq qurulması üçün imkan yaradır.
2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir.
Bu məqsədlə, büro dünyanın müxtəlif ölkələri, eləcə də hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.
Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə yanaşı, yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaq, habelə Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Növbəti Şopinq Festivalında alıcılara 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim olunacaq.
banner

Oxşar Xəbərlər