• cümə, 19 Aprel, 07:44
  • Baku Bakı 13°C

Növbəti konfrans milli musiqi alətimiz olan tara həsr ediləcək

19.04.19 09:15 1036
Növbəti konfrans milli musiqi alətimiz olan tara həsr ediləcək
20 Aprel saat 14:00 –da Beynəlxalq Muğam Mərkəzində "Dəyirmi masa”layihəsi çərçivəsində " Azərbaycan tarının ,tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ” –elmi-praktiki konfrans keçiriləcək.
Trend-in məlumatına görə, iştirakçılar:Xalq artisti, professor Murad Hüseynov,Xalq artisti,professor Səyavuş Kərimi,Milli konservatoriyanın prorektoru Lalə Hüseynova, Xalq artisti Möhlət Müslümov, Xalq artisti Ağasəlim Abdullayev və regionlardan dəvət olunmuş tar ustaları-Nəsib Quliyev, Vaqif Orucov, Ağamir Həsənov, Güləli Bayramov, İntiqam Abdulqədirov,Əbdüləli Fətəliyev,İxtiyar Seyidov,Zöhrab Mürsəlov,Səbuhi Abdullayev,Musa Yaqub,Vələdov Zahid,Aslan Məhərrəmov.
Məruzəçi Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin təkmilləşdirilməsi (elmi-tədqiqat ) labaratoriyasının rəhbəri Məmmədəli Məmmədov.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə həyata keçirilir.
banner

Oxşar Xəbərlər