AZE | RUS | ENG |

Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək

Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
Növbəti həftədən Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində kreditlərin restrukturizasiyası həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev AZTV-nin "Günün nəbzi” verilişinə verdiyi müsahibəsi zamanı deyib.
Kompensasiyaların verilməsinin ilk gününü şərh edən Z.Nuriyev qeyd edib: "Heç bir bankda heç bir problem yaranmadan, heç bir vətəndaşın hər hansı bir problemi çıxmadan ilk günü biz uğurla başa vurduq. Bu isə bizə inamla deməyə əsas verir ki, bundan sonra, qarşıdakı günlərdə də biz vətəndaşlarımıza nəzərdə tutulan kompensasiyaların ödənişlərini uyğun şəkildə həyata keçirə biləcəyik".
Banklar Assosiasiyasının sədri bildirib ki, artıq vahid kredit forması təsdiq edilib: "Bu təsdiq edilmiş vahid kredit forması ilə biz bütün vətəndaşlarımıza növbəti həftədən başlayaraq kreditlərin restrukturizasiyasını da həyata keçirə biləcəyik. Paralel olaraq həm kompensasiyaların ödənişi həyata keçiriləcək, həm də vətəndaşların banklarda olan kreditlərinin restrukturizasiyasını həyata keçirəcəyik".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966