AZE | RUS | ENG |

Növbəti görüşün Vaşinqtonda keçirilməsi təklif edilir

Növbəti görüşün Vaşinqtonda keçirilməsi təklif edilir
ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.
Trend-in məlumatına görə, görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.
XİN rəsmisi daha öncə Moskvada rusiyalı həmkarı Sergey Lavrov, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan XİN rəhbəri ilə keçirilən sonuncu görüşü də xatırlayıb.
Nazir deyib: "Demək olar ki, 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinın həlli ilə bağlı bizim səylərimizi diqqətə çatdırdım və qeyd etdim ki, biz bu məsələdə irəliləyişə nail olmalıyıq. Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946