• çərşənbə, 24 Aprel, 11:54
  • Baku Bakı 13°C

Növbəti Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb

12.05.15 06:15 931
Növbəti Azərbaycan-Türkiyə hərbi təlimləri başlayıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordusunun komandanı, ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə keçiriləcək.
Təlimlər mayın 16-dək davam edəcək.
banner

Oxşar Xəbərlər