• şənbə, 20 Aprel, 11:20
  • Baku Bakı 14°C

Növbəti ayın ilk günündə hava necə olacaq?

31.07.13 10:48 1451
Növbəti ayın ilk günündə hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 1-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər