• cümə axşamı, 25 aprel, 16:47
  • Baku Bakı 23°C

Ünvanlı sosial yardımların verilməsində yeniliklər gözlənilir

06.11.13 10:46 1205
Ünvanlı sosial yardımların verilməsində yeniliklər gözlənilir
APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib.
O bildirib ki, bu vaxtadək ünvanlı sosial yardımların verilməsi 2 aylıq olaraq həyata keçirilib. Xidmət rəisinin sözlərinə görə, növbəti ilin yanvar ayından etibarən ünvanlı sosial yardımlar onu almalı olan aztəminatlı ailələrə aylıq olaraq veriləcək: “Belə ki, ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində daha bir yenilik olaraq əmək haqları, pensiyalar və sosial müavinətlər kimi ünvanlı yardımlar da növbəti ilin yanvar ayından etibarən aylıq hesablara köçürüləcək. Bununla da ünvanlı sosial yardımların ödənişində hər hansı bir “gecikmə” tam aradan qaldırılacaq”.
banner

Oxşar Xəbərlər