• çərşənbə, 24 Aprel, 06:07
  • Baku Bakı 13°C

Ünvanlı sosial yardımın müəyyən edilməsi zamanı kommunal ödənişlər nə üçün gəlir kimi qeydə alınır?

30.07.21 14:00 201
Ünvanlı sosial yardımın müəyyən edilməsi zamanı kommunal ödənişlər nə üçün gəlir kimi qeydə alınır?
Ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilməsində ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq əsas götürülür.
Trendxəbər verir ki, bunu Dölət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədr müavini Mətin Əsgər deyib. O bildirib ki, elektron formada müraciət olunarkən müvafiq dövlət qurumlarının informasiya sistemlərindən və informasiya mənbələrindən sorğular olunur:

"Burada vətəndaşın gəlirləri, əməkhaqqısı, o cümlədən, hər hansısa pensiya və ya təqaüd alıb-almaması barədə daxili bazadan məlumatlar götürülür. Vətəndaş aylıq kommunal borclarını ödəyə bilirsə, deməli gəliri olub. Bu səbəbdən də kommunal xərclər gəlir kimi nəzərə alınır".
banner

Oxşar Xəbərlər