• şənbə, 20 Aprel, 15:12
  • Baku Bakı 23°C

Nüsrət Kəsəmənlinin oğluna 8 il 4 aylıq cəza

19.05.14 09:48 1170
Nüsrət Kəsəmənlinin oğluna 8 il 4 aylıq cəza
Prosesdə hökm oxunub. Hökmə əsasən, A. Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edərək A. Kəsəmənlinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.
Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.
banner

Oxşar Xəbərlər