• cümə, 29 Mart, 01:01
  • Baku Bakı 7°C

Nuşirəvan Məhərrəmli xəbərdarlıq etdi

07.01.15 14:43 1046
Nuşirəvan Məhərrəmli xəbərdarlıq etdi
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli özəl televiziya kanallarında yayımlanan və müntəzəm olaraq özəl klinikaların reklamı ilə məşğul olan tibbi verilişlərlə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
N. Məhərrəmli Lent.az-a açıqlamasında deyib ki, medianın rolu insanları bu məsələlərdə ayıq olmaqla bağlı maarifləndirməkdir: “İnsanlarımız efirdə hər bir həkimin dediyinə inanmasınlar. Qərar verməmişdən əvvəl yüz ölçüb-bir biçsinlər. Kommersiya maraqları çox təəssüf ki, peşəkarlığı aşağı səviyyəyə salır. O baxımdan insanlar bir az ayıq olmalıdırlar, hər deyilən sözə inanmamalıdırlar”.
banner

Oxşar Xəbərlər