• cümə axşamı, 18 aprel, 04:22
  • Baku Bakı 15°C

Nüşabə Ələsgərli Alla Puqaçova oldu - Fotolar

07.03.14 14:10 2800
Nüşabə Ələsgərli Alla Puqaçova oldu - Fotolar
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişində bu dəfə tamaşaçılara çox maraqlı duet təqdim olunacaq. Sözügedən verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirməyə müvəffəq olub.
“Kaspi.az” saytı xəbər verir ki, verilişdə əməkdar artist Nüşabə Ələsgərli və aktyor Əkbər Əlizadə iştirak edib. Onlar Alla Puqaçova və Maksim Qalkinin duetini səsləndirəcəklər. Onların ifasını və yaratdıqları obrazı cümə günü 23:00-da ATV telekanalında izləyə bilərsiniz.
Nüşabə Ələsgərli çəkiliş prosesinin maraqlı keçdiyini, bu layihənin onun üçün unudulmaz olduğunu qeyd etdi: “Çəkiliş çox rahat və maraqlı keçdi. Tərəfmüqabilim olan Əkbərlə köhnə dostuq. Məni Alla Puqaçovaya çox oxşadırlar. Çünki saç düzümüm, imicim ona çox bənzəyir”.
Maksim Qalkin rolunu canlandıran aktyor Əkbər Əlizadə bu obrazı ona çox bənzətdiklərini, ancaq hər dəfə Maksim obrazını canlandırmaqda tərəddüd etdiyini bildirdi: “Məni bu verilişə dəvət edəndə dedilər ki, tərəf müqabiliniz Nüşabə Ələsgərli olacaq. Mən də heç tərəddüd etmədən qəbul etdim. Mənə elə gəlir ki, bizim səs tembrlərimiz də obrazını canlandıracağımız sənətkarlara uyğun gələcək. Ümid edirəm ki, ifamız çox uğurlu olacaq. “Alma almaya bənzər” verilişində biz tamaşaçıları özümüzə cəlb etməyi bacaracağıq”.
Xatırladaq ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Kəmalə Əhmədova, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı isə Ətrabə Babayevadır.
Xəyalə Rəis Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər