• cümə axşamı, 18 aprel, 08:54
  • Baku Bakı 12°C

Nursultan Nazarbayevə Türk Şurasının fəxri prezidenti statusu verilib

24.05.19 21:41 433
Nursultan Nazarbayevə Türk Şurasının fəxri prezidenti statusu verilib
Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.
Şuradan Trend-ə verilən məlumata görə, qərar Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qazaxıstanın keçmiş Prezidenti N.Nazarbayevlə görüşündən sonra keçirilən mətbuat konfransında elan edilib.
N.Nazarbayevə fəxri ad türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən verilib.
N.Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.
banner

Oxşar Xəbərlər