• cümə, 29 Mart, 00:51
  • Baku Bakı 7°C

Nuri hələ də süni komadadır

11.07.17 10:42 905
Nuri hələ də süni komadadır
"Verder”lə keçirilən yoxlama oyununda huşunu itirərək, xəstəxanaya yerləşdirilən "Ayaks”ın futbolçusu Abdelhak Nurinin səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, həkimlərin yaydığı məlumata görə, Nurinin ürəyi qaydasında döyünür. Ancaq o, hələ də süni komadadır. Futbolçu huşunu itirərkən infarkt keçirməyib.
Ancaq həkimlər futbolçunun sağlamlığı ilə bağlı qəti fikir söyləməyin tez olduğunu deyirlər. Süni komada olduğu üçün onun beyninin funksiyasını tam şəkildə yoxlamaq mümkün deyil.
20 yaşlı futbolçunun huşunu itirməsinə səbəb ürək aritimiyası olub.
banner

Oxşar Xəbərlər