• cümə axşamı, 28 mart, 15:54
  • Baku Bakı 16°C

Nuri ayılanda danışa, yeriyə bilməyəcək

14.07.17 15:30 1394
Nuri ayılanda danışa, yeriyə bilməyəcək
"Verder”lə yoxlama oyununda huşunu itirən "Ayaks”ın futbolçusu Abdelahka Nurinin səhhəti barədə yeni məlumat var.
Kaspi.az xəbər verir ki, məlumatı futbolçunun qardaşı Əbdürrəhim verib. O, qardaşının durumunun ağır olduğunu bildirib:
"Həkimlər onun durumunu çox ağır dəyərləndirirlər. Böyük ehtimalla, Nuri ayılanda danışa, yeriyə bilməyəcək, heç kimi tanımayacaq. Ancaq biz ümidimizi itirmirik.
İnancımız qaçılmazlıqları qəbul etməyi öyrədir. Ancaq biz ona görə dua edirik. Biz həqiqətən də inanırıq ki, burdakı həyatımız müvəqqətidir və əbədi həyat qarşıdadır. Ancaq biz qardaşımızı yenə də görmək istəyirik”.
Həkimlər Nurini süni komada saxlayırlar.
banner

Oxşar Xəbərlər