• şənbə, 20 Aprel, 17:31
  • Baku Bakı 23°C

“Nurçu”ların saxlanılması ilə bağlı Rəsmi açıqlama

14.04.14 10:12 1259
“Nurçu”ların saxlanılması ilə bağlı Rəsmi açıqlama
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X. Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.
E. Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər