• cümə, 29 Mart, 00:49
  • Baku Bakı 7°C

“Nurçu” polislər İran rəsmilərini də dinləyirmişlər

15.08.14 13:04 1036
“Nurçu” polislər İran rəsmilərini də dinləyirmişlər
Türkiyədə Fətullah Gülən camaatına şamil olunaraq “Paralel yapı” adlandırılan qruplar tərəfindən təkcə Türkiyədə deyil, həm də İranda yüksək vəzifəli şəxslərin və iş adamlarının qanunsuz dinlənildiyi iddia olunur.

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, “Selam-Tevhid” işi üzrə istintaqı zamanı səlahiyyətlərini aşaraq 242 nəfərin telefon danışıqlarını və şəxsi söhbətlərini qanunsuz dinləyən polislərin İranın dini lideri Ayətullah Xamneyinin müşavirindən iş adamlarına qədər bir çox adamın səsini qeydə aldığı bildirilib.
Qeyd edək ki, “Selam-Tevhid” işi ilə əlaqədar Terrorla Mübarizə Şöbəsinin sabiq rəisi Yurt Atayün də daxil olmaqla 75 nəfər saxlanılıb, onlardan 12-si həbs edilib.
banner

Oxşar Xəbərlər